header

 Ərəbistanın Təhlükəsizlik Xidmətinin rəisi İsrailə səfər edib

İsrailin casusluq orqanları ilə sıx əlaqəyə malik olan Debka saytı Ərəbistanın Təhlükəsizlik Xidmətinin rəisi Xalid bin Əli Əl-Həmidanın 21 fevral 2017-ci il tarixində Təl-Əviv və Ramallahda səfərdə olduğunu ifşa edib.

Fələstinin Səma informasiya agentliyinin Debka saytına istinadlı məlumatına görə, bu səfərdə məqsəd Ərəbistan tərəfindən Fələstin Özünüidarə Hökumətinə İran ilə əlaqələri barədə xəbərdarlığın edilməsi olub.

 

Debka saytı həmçinin yazır: İsrailin baş naziri Benyamin Netanyahu 15 fevral 2017-ci il tarixində Vaşinqtonda ABŞ prezidenti Donadl Tramp ilə görüşüb. Bu görüşdə müxtəlif məsələlərin araşdırılması məqsədi ilə ABŞ-İsrail-Ərəb formatında üçtərəfli iclasın keçirilməsi barədə razılıq əldə olunub.

 

İsrailin başnaziri bundan öncə CBC kanalına verdiyi müsahibədə Yaxın Şərqdə İsrail və Ərəbistan tərəfindən himayə olunan anti-İran koalisiyasının varlığını etiraf etmişdi.

 

Netanyahu İsrailin Ərəbistan ilə əlaqələrini gözəçarpacaq dərəcədə artırdığını deyərək, tərəflər arasında informasiya mübadiləsinin həyata keçirildiyini bildirmişdi.

 

Ərəbistan və İsrailin müqavimət əleyhinə birgə və ahəngdar qaydada siyasət yürütməsi və onların müqavimət cəbhəsini zəiflətmək üçün terrorçulara dəstək verməsi regiondakı terrorizm böhranının əsas qaynağının bu iki rejimin olması barədə şübhələrə son qoyur.

İsrailin casusluq orqanları ilə sıx əlaqəyə malik olan Debka saytı Ərəbistanın Təhlükəsizlik Xidmətinin rəisi Xalid bin Əli Əl-Həmidanın 21 fevral 2017-ci il tarixində Təl-Əviv və Ramallahda səfərdə olduğunu ifşa edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:23 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap