Mosul hava limanı iraqlı qüvvələrin nəzarəti altında
Posted on : Digər sahələr 10/16/2017 1:00:23 PM
Sputnik informasiya agentliyi İraqın təhlükəsizlik rəsmilərinə istinadla Mosul hava limanına nəzarətin iraqlı qüvvələr tərəfindən tam şəkildə təmin edildiyini bildirib.
İraqın
informasiya qaynaqları bildiriblər: İraqlı qüvvələr Mosulun qərb hissəsində
terrorçuların mühasirə halqasını daraldıblar və Mosul hava limanı və şəhərin ətrafında
yerləşən bir bazaya hücum ediblər.
Bu mənbələr həmçinin
bildiriblərki, İraqın sürətli reaksiya və federal qüvvələri Mosul hava
limanına, terrorizmlə mübarizə qüvvələri isə Əl-Qəzlani bazasına hücum ediblər.
Bundan öncə
İraqın dövlət televiziyası bu ölkə qüvvələrinin Mosul hava limanına daxil
olmalarından xəbər vermişdi.
Mosulun qərb
hissəsinin azad edilməsi əməliyyatı ötən bazar günü İraqın baş naziri Heydər əl-İbadinin
göstərişi ilə başlanmışdı. Ötən ay Mosulun şərq hissəsinin İŞİD-in işğalından
azad edilməsi əməliyyatı başa çatıb və iraqlı didərginlər öz evlərinə qayıtmağa
başlayıblar.