Sionist rejiminin Azərbaycan respublikası dövlətinə yeni tapşırığı
Posted on : Video 10/16/2017 1:00:22 PM
Sionist rejiminin əhalinin islami kimliyinə qarşı mübarizə istiqamətində Azərbaycan respublikası dövlətinə yeni tapşırığı
Tashaio.com - Bakının Yenigünəşli rayonunda yerləşən həzrət
Fatimə-Zəhra məscidi bir daha təxrib olmaqla hədələnir. Bir dövlət rəsmisi məscidin
ətraf sahəsini alıb tikinti aparmaq əzmindədir. Bu məscidin təxribə məruz
qalması birinci dəfə deyildir. Həzrət Fatimə-Zəhra məscidinin din cəmiyyətinin
vəkili Cavad Cavadov deyir ki, bu haqda əlaqədar qurumlarla əlaqə yaratmağa
çalışır. Cavad Cavdov artırmışdır: 2017-ci ilin Azərbaycan respublikasında
islam həmrəyliyi ili elan olmasını nəzərə alsaq məscidin təxribi bir növ dəsisə
ola bilər. Mən bütün hüquqi imkanlardan istifadə edib onun qarşısında
dayanacağam və əminəm ki, bu mövzuda tək qalmayacağam”.
Burada belə bir sual qarşıya çıxır ki, Azərbaycan
respublikası Nardaranda şiələri qırıb həbsə aldıqdan və Hüseyn şəairləri ilə
mabarizədən sonra niyə müsəlman əhalinin məscidlərə həssaslığı bilə-bilə
onların fəaliyyətini dayandırmağa və təxrib etməyə başlayıb? Reallıq budur ki,
məlumatlı qaynaqlar sionist rejiminin bu haqdakı tapşırığından xəbər versələr də
dövlətin keçmiş təşəbbüsləri göstərir ki, islam düşmənləri tarix boyu islam cəmiyyətlərində
məscidlərin social funksiyasından şiddətlə qorxmuş və qorxurlar. Buna görə də
İsrail, Azərbaycan respublikası və b. ölkələr msəcidlərin ədalət və
azadxahlıqları yayma mərkəzinə çevrildiyini görəndə məscidəzidd fəaliyyəti gündəliyə
gətirirlər. Başqa sözlə onların social funksiyası olmayan məscidlərlə işləri
yoxdur. Lakin məscidlər imperialism və mütləqiyyətçiliyə qarşı mübarizə məkanına
çevrildikdə isə müxtəlif bəhanələrlə təxrib edirlər. Ayə və rəvayətlərə əsasən məscid təkcə ibadət üçün deyil, sosial
funksiyaya da malikdir. Lakin din mövzusuna yad olmasına baxmayaraq Siyavuş
Novruzov ,,məscid təkcə ibadət yeridir,,- deyə hökm verir. Azərbaycanın dövlət
adamları məscidi sosial funksiyasından uzaq saxlamaq üçün yeri göyə yamayır.
Qarşıya belə bir sual çıxır ki, işğalçı ermənilər, vahabilər, sionistlər və
onların nökərləri, o cümlədən Azərbaycan hökuməti məsciddən niyə bu qədər
qorxurlar? Məscidin küfrə qarşı mübarizədə oynadığı rolu nəzərdən keçirməklə məlum
olur ki, tarix boyu batilə qarşı mübarizə məsciddən nəşət almışdır. Bu ilahi məkan
dünyanın azadə insanlarını qüvvətləndirmişdir. Buna görə də müstəmləkəçilər,
daxili və xarici düşmənlər islamı məhv etmək üçün məscid çırağını söndürmək
fikrinə düşümüşlər. Imam Xumeyninin kəlamı da həmin həqiqəti bəyan edir: bunlar
məsciddən qorxur, mən öz vəzifəmi yerinə yetirir və sizə deyirəm ki, siz
universitet işçiləri və tələbələr, gedin məscidləri doldurun. Səngər buradır, səngərləri
boş qoymamalıyıq. Məscidlər inqilablarda, zülmə qarşı mübarizədə, xüsusilə
müasir dövrdə təyinedici rol oynayır. Peyğəmbərin vasitəsilə ilk məscidin
yaranma tarixini nəzərdən keçirsək, görəcəyik ki, bu məscidin tikilməsi Peyğəmbərin
müşriklərlə mübarizə dövrünə təsadüf edir. O həzrət öz tarixi mübarizəsinin
davamı olaraq Mədinəyə gəlmək həmən müqəddəs bir binanı tikdirdi ki, mübarizənin
bir hissəsi onunla davam etsin. Demək məscid tikmək islam peyğəmbərinin mübarizə
dövründə başlanmış və kafirlərə qarşı mübarizə mərkəzinə çevrilmişdi. Buna görə
və müsəlmanlar üçün bu müqəddəs məkanın şənini nəzərə alaraq demək olar ki, əhalinin
maddi və mənəvi həyatında ən böyük rolu məscidlər oynayır. Müsəlmanların tarixi
də həmin mövzunu təsdiq edir. İran tarixində də çoxlu nümunələr vardır və
yazımızın davamında onun xülasəsini verəcəyik. Digər müsəlman ölkələrdə də məscidlərin
belə bir rolu olmuşdur. Misal üçün mscid Misirdə müsəlman qardaşları
partiyasının tribunası olmuşdur. Bu partiyanın rəhbəri Həsən Əlbəka öldürüldükdən
sonra hökumətin təzyiqi nəticəsində müsəlman qardaşların yığıncaq mərkəzi
yalnız məscidlər olmuşdu. Bu məscidlərdən biri Qahirənin came məscidi idi.
Partiyaçılar cümə namazını həmin məsciddə qılırdılar. Onlar təbliğat üçün məscidin
imkanlarından istifadə edirdilər. Həsən Əlbəna 1925-ci ildə ,,Əşşəbanülhüseyn,,
jurnalında çap etdirdiyi ilk məqaləsində bildirirdi: məscid ən mühün təlim-tərbiyə
və nəfsi təmizləmə vasitələrindən biridir. İranda islam inqilabı cərəyanında da
islam hərəkatının formalaşması, sabitləşib dərinləşməsi və insanlarda dəyişikliklərin
yaranmasında məscidlər birinci rol oynamışdır. Məscid təkcə şahlıq üsul-idarəsinə
qarşı mübarizənin formalaşmasında deyil, həm də əzəmətli islam inqilabının üç
on illiyinə, xüsusilə 8 illik müharibə dövrünə diqqət yetirdikdə belə bir qənaətə
gəlmək olar ki, məscid həmişə müdafiə piramidinin başında olub, sonra isə qərbin
mədəni hücumunda, bu və ya digər formadakı basqınlarında və mədəni NATO-sunda məscidin
komandanlıq, dini-mədəni qəragah rolunu oynaması inkar edilməzdir. Məscidlərin
bu diyarın əhalisinin əsil Məhəmməd islamını, dini və mədəni inamlarını
qorumaqdakı yeri yüksək olmuşdur.