Bakıda “İranofobiya” xəstəliyinin intensivləşməsi və onun müalicə yolları
Posted on : Video 10/16/2017 1:00:23 PM
Bakıda “İranofobiya” xəstəliyinin intensivləşməsi və onun müalicə yolları
Tashaio.com - Azərbaycan respublikası rəsmilərinin sionist
rejimi rəsmilərinin diplomatic, siyasi aşılama, mediya təbliğatına fikri
bağlılığından əlavə son illərdə bu ölkənin İsrailə struktur bağlılığı da
intensiv xarakter almış və səbəb olmuşdur ki, sionist rejiminin anti-İran və
anti-islam siyasətlərinin davamı Azərbaycan respublikasında öz təzahürünü
tapsın. Sionist rejimin baş nazirinin Bakıya səfərindən sonra Azərbaycan şiə fəallarına
olan yürüşlər həmin mövzunun nəticələrindəndir. Azərbaycan respublikasının
İranla münasibətlərindəki dəyişiklik rasional bir məntiqə əsaslansaydı ötən bir
il ərzində İranofobiya, Qüdrət Həsənquluyev, Fazil Müstafa və digər deputat və
Bakı sözçülərin televiziya kanallarında İran islam respublikası prezidentinin
Ermənistana səfərini bəhanə edərək onu “siyasi nadanlıq və dini haram” hesab
edib İran əleyhinə yaman-yovuz və təhqirlər yağdırmaq bu ölkədə artmamalı idi.
Çünki, xüsusilə ötən bir il ərzində İran əlaqələrin inkişafını təmin etmək üçün
Azərbaycan respublikasıına külli miqdarda imkanlar vermişdir ki, bu ölkənin rəsmiləri
müəyyən dərəcədə dilə gətirmişlər. Neftin ucuzlaşması və büdcə gəlirlərinin
azalması nəticəsində Azərbaycan respublikasının çətinliklərlə qarşılaşması və
onu cübran etməyə can atdığı bir şəraitdə İranın dəmiryolu xəttini Azərbaycanın
dəmir yolu xəttinə qovuşdurması işini sürətləndirməyə çalışması belə bir təsəvvür
yaratmışdır ki, Bakı – Tehran arasında strateji bağlılıqları gücləndirmək üçün
qarşılıqlı və mükəmməl etimad yaranmaqdadır. Həmçinin İran öz sərmayəsilə Araz
üzərində su elektrik istansiyasını tikməsi Azərbaycan respublikası prezidenti
İlham Əliyevin Tehrana səfəri zamanı bu proyetdə səhmdar olması əslində
qarşılıqsız böyük bir siyasi –iqtisadi imkandır ki, Bakının ixtiyarına
verilmişdir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər dəfələrlə
bəyan etmişlər. belə bir şəraitdə Bakıda İranofobiyanın intensivləşməsi məntiqi
baxımdan qəribə və rasionallıqdan uzaq bir hadisədir. Reallıqda isə İranofobiya
son bir il ərzində də intensivləşmişdir. Bunun da sionist mərkəzlərinin təsirindən
başqa bir səbəbi ola bilməz. Çünki həmin bir ildə sionist rəsmiləri və mediyası
İranı xətər mənbəyi kimi təqdim etmələri daimi xarakter almışdır. Hal bu ki, məntiqin
tələbinə görə nüvə sazişi imzalandıqdan sonra sionistlər də İranofobiya siyasətlərindən
əl çəkməli idilər. Əməldə isə belə olmadı və sionistlər nüvə bəhanəsini
itirdikdən sonra digər bəhanələrə əl ataraq İranofobiya aşılamalarını artırdılar
ki, sionist rejiminin xəlvət guşəsinə çevrilən Azərbaycan respublikasında
inikasını tapdı. Azərbaycan respublikasının İran siyasətində sözlə əməl
arasındakı zidiyyət çox aydındır. İranla dostluq və əməkdaşlığı vurğulayan Azərbaycan
rəsmiləri İsraillə ən yaxın münasibətdə olmaqdan əlavə İsraili izləyirlər. Ölkəni
Qarabağ böhranı bəhanəsilə İsrailin silah-sursat deposuna çevirmişlər. Özləri də
iki ölkə (İran və Azərbaycan respublikası) əhalisinin mədəni bağlarını və ortaq
mədəni cəhətlərinin aradan aparmaq üçün tarixi saxtalaşdırmaq kimi fundamental
anti-İran siyasətlərini, etnik təhrikləri, şiə düşmənçiliyi, əhalinin mədəni və
mzəhəbi meyillərini dəyişdirməyə çalışırlar. Hətta son bir il ərzində bu səylər
multikulturalizm ili adı ilə intensivləşmişdir. Bundan əlavə İran –Azərbaycan
arasında ticari və iqtisadi əlaqələrin genişlənməsinə Bakının şərtlər qoyması və
bu haqda səhlənkarlıq etməsi, dəmiryolu planında ağır şərtlər qoyması və dolayı
əngəlləmələri _bu planın Tehrandan çox Bakı üçün zəruri olmasına rəğmən göstərir
ki, Bakının İranla münasibəti haqqındakı əməli siyasəti söz siyasətindən fərqlidir.
İranla münasibətini genişləndirməyə dair zahiri işlər görsə də əlaqələrini məhdud
saxlamağa çalışır. Əlbəttə iki ölkə əhalisi
arasında tarixi, qəlbi və məzhəbi əlaqələrin olması Bakıdakı anti-İran ünsürlərin
başboğazlığı əksər hallarda əks nəticə vermişdir. Əlbəttə İran da öz növbəsində
informasiya vasitələri yolu və hesablanmış siyasi, təbliğat reaksiyaları ilə
anti –İran qüvvələrinin sarsaqlamalarını pozmalıdır ki, bu kimi sözlərin mənfi
təsirini azaltsın. Çünki, Azərbaycan respublikasında İranın ehtimalı hücumu
haqqında məclis spikerinin sözlərinə inanan adamlar olmalıdır. Hətta belə bir
ehtimalı da rasional reaksiyalarla aradan aparmalıdır. Çünki sükut və passivlik
istənilən nəticəni vermir. Necə ki, Azərbaycan respublikası ilə münasibətlərdə
görsənən son illədəki sükut və passivlik bu ölkədəki anti-İran qüvvələrinin
daha cəsarətlənməsinə gətirib çıxarmışdır. Azərbaycan respublikasının siyasi
strukturunda əsas dəyişikliklər olmadan, sionizmdən siyasi və fikri asılılıq
aradan getmədən Bakının anti-İran dalğaları aradan getməyəcəkdir. Örnək üçün
deyə bilərik ki, İranın xarici siyasət aparatları və bütün əlaqədar təşkilat və
qurumları hər il ardıcıl olaraq iki ölkə əlaqələrinin genişlənməsinə çalışır və
çoxlu vəsait sərf edirlər. Lakin Bakıda dərialtı istiqamətdə münasibətlərin
genişlənməsinin xilafına olaraq iki ölkə arasında tarixi birliyin, dostluq əlaqələrinin,
məzhəb vahidliyinin əleyhinə dair kitablar və məqalələr yaymaqla davam etdirilən
siyasətə etinasızlıq olur. Azərbaycan respublikası dövləti miladi ilin sonunda
mütəmadi olaraq 31 dekabr gününü planlaşdırmişdır ki, İrana qarşı düşmənçiliyi
yayır. Hal bu ki, 1989-cu ilində 31 dekabr və ondan qabaq və sonraya aid günlər,
yəni SSRİ-nin son günləri Azərbaycan əhalisinin İrana məhəbbətini bildirən günlər
idi. Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi gününü (31 dekabr)
planlaşdıranlar bu müsbət, mənəvi və İransevərlik hadisəni millətçi və İrana
zidd hadisə kimi saxtalaşdırır və hər miladi ilin sonunda əlaqələrin genişlənməsinə
aid bütün nailiyyətləri sovururlar. Azərbaycan respublikasında bu işdə və əlaqədar
ünsürlərdə düzəliş olmasa iki ölkə arasındakı siyasi münasibətlərdə
qasırğaların şahidi olacağıq.