Türkiyənin gözlənilməz siyasəti dəyişikliyinin hədəfləri və nəticələri. Birinci hissə.
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Trampın nümayəndəsi Ərdoğana nə dedi? +foto
Tashaio.com-Ərdoğan
Trampın Ərəb oxunu bərpa etmək, regionda İrana qarşı koalisiya yaratmaq istədiyini
bilir. Buna görə də sürətlə səfər tədarükü görüldü. Ameriki mərkəzi kəşfiyyat
idarəsinin rəisi Mayk Pompeo Donald Tramp tərəfindən təyinat aldığından sonra
ötən cüməaxşamı Türkiyəyə səfər etməsi açar sözünə çevrilərək Ərdoğanın
regional mövqeyinin gözlənilmədən dəyişilməsi, Rusiya qrupundan ABŞ birliyinə
qovuşacağı haqqındakı praqnozları reallığa çevirdi. Türk və Amerika mediyasının
bildirdiyinə görə müzakirələrin əsas oxu Tramp-Ərdoğan arasındakı telefon
danışığı kimi Suriyada əmin-amanlıq sahəsinin yaranması idi. Belə çıxır ki,
Türkiyə dövləti Trampın Suriya siyasətinə hesab açmış və ondan regional maraq və
tələblərini artırmaq cəhdində istifadə etmək istəyir. Türkiyə - Amerika
diplomatiyasının regionda fəallaşması ilə eyni zamanda Əlbab şəhərinin girəcəyində
olan Türk ordusu öz fəaliyyətini intensivləşdirmişdir. Eyni halda Suriya ordusu
da Fərat Qalxanı qüvvələrin Əl-Riqqə yolunu bağlamağa çalışır. Ərdoğan bu
istiqamətdə Bəhreyn və Səudiyyə Ərəbistanına səfər etmiş və Ərəbistan kralı tərəfindən
hərarıtlə qarşılanmışdır. Nəzərə almalıyıq ki, Türkiyə-Ərəbistan əlaqələri
Misir ərəb respublikasının prezidenti Məhəmməd Mursi əleyhinə olan çevrilişə
görə soyumuşdu. Lakin Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr
ötən həftə Ankarada demişdi: Səudiyyə Ərəbistanı ilə Türkiyənin Suriya mövqeyi
tamamilə üst-üstə düşür. Səudiyyəlilər Ərdoğanın siyasi mövqeyinin Amerikaya
yönəliş dəyişikliklərindən o dərəcədə sevinirdilər ki, Ərəbistan kralı Salman
bin Əbdüləziz hava limanında Ərdoğanı şəxsən qarşıladı. Digər tərəfdən isə belə
çıxır ki, Amerika Suriya planı ilə əlaqədar son ümumiləşdirməyə yetişmişdir.
ABŞ prezidenti dövlət adamlarının regional fəaliyyəti və son günlərdəki telefon
danışıqları ilə Ərdoğanın hələ çoxdan irəli sürdüyü əmin-amanlıq sahəsi fikrini
həyata keçirməyə çalışır. Məhz buna görə idi ki, Ərdoğan Bəhreyndə Əlbab hərbi əməliyyatı
başa çatdıqdan və və Suriya İŞİD-inin əsas qərargahı olan Əl-Riqqə şəhəri azad
edildikdən sonra deyilən 5000 kvadrat kilometr əmin-amanlıq sahəsini
yaradacaqdır. Digər tərəfdən də amerikalılar çalışır ki, İran islam inqilabının
xalq arasındakı nüfuzunun qarşısını almaq üçün Türkiyənin qədim-yeni bərpası
planını islam ölkəsi örnəyi kimi davam etdirməyə çalışır. Buna görə də İranın
regional nüfuzunun qarşısını almaq Ərdoğan Pompeo Türkiyədəki görüşlərinin açar
sözü olmuşdu. Bununla əlaqədar Amerika Suriya və İraq əməliyyatında Ərəbistanın
rəhbərliyi altında Ərəb koalisiyasına daxil olmaq əzmindədir. Ərəb politoloqu
Əbdülbari Ətvan bu haqda rəyülyovm qəzetində yazmışdır: Ərdoğan Trampın Ərəb
koalisiyasını bərpa etmək və şiə İrana qarşı sünni koalisiyasını yaratmaq istəyində
olduğunu yaxşı bilir. Buna görə də tələsik olaraq Fars körfəzi ölkələrinə səfər
edərək özünü anti-İran xeyməsinin dirəyi kimi təqdim edərək regional mövqeyini
yaxşılaşdırmağa çalışdı. Məhz buna görə idi ki, Ərdoğan Bəhreyn beynəlxalq sülh
müəssisəsində İranın Suriya və İraqı parçalamaq fikrində olduğunu iddia edərək
dedi: orada da (fars) millətçiliyi vardır. Fars millətçiliyi ilə parallel
olaraq separatçılıqdan da danışmaq olar. Bunların qarşısını almalıyıq. Eyni şərait
Suriyada da mövcuddur. Demək görsənir ki, Türkiyənin Hələbdə nüfuz etmək üçün
coğrafi sərhədd və anlaşma sahəsində Demeşqə verdiyi bütün vədləri nəzərdə tutulduğu kimi Ağevin yeni Suriya
siyasətinin müəyyənləşdirilməsini güdmək üçü imiş. Artıq Türkiyə üçün Amerika
münasibətləri hər şeydən üstündür. Uaşinqton rəsmiləri ilə daha çox əməkdaşlıq
və uyğunluq hər gün Türk rəsmilərinin dilindən eşidilməkdədir. Türkiyə
prezidentinin müşaviri Elnar Şəfiq president sarayında mətbuata verdiyi müsahibəsində
demişdir: artıq Amerika əməkadaşlığını yenidən başlamaq üçün bütün perspektivlər
əlimizdədir.