header

 Ayətullah Safi Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”

Fatimə məndəndir və insanların arasında olan ən gözəl ülgüdür

Ayətullah Safi Gülpayiqani “Vilayəti müdafiənin rolu” simpoziumunda buyurmuşdur: “Bizim dilimiz Həzrət Zəhra (s.ə) şəxsiyyətini bəyan etməkdə acizdir. Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduğu: “Fatimə məndəndir” kəlməsi dəfələrlə müxtəlif şəkillərdə təkrar edilmişdir. Həzrət Rəsul (s) çox sayda hədislərində Həzrət Siddiqənin (s.ə) şəxsiyyət və məqamına işarə etmişdir. Həzrət (s) buyurur: “Fatimə məndəndir və insanların arasında olan ən gözəl ülgüdür”. (Həvzəh)

Həzrət Fatimənin (s.ə) Fədək xütbəsində dedikləri elə sözlər deyildi ki, onun yazılması üçün saatlar sərf edilsin. Bu sözlər bədahətən deyilirdi. Bu da Həzrət Siddiqənin (s.ə) dəyərli elminin göstəricisidir. İnsan hər nə qədər natiqlikdə güclü olarsa, yenə də bu cür danışa bilməz. Bu Həzrətin (s.ə) tək xütbəsi deyildi. Həzrət Zəhra (s.ə) məscidə getmək istəyəndə əzəmətlə gedirdi və ətrafında mömin qadınlar onu əhatə edirdilər. O, məscidə gəlir və iftixarla bu nurani xütbəsini söyləyir. Həzrət Zəhra (s.ə) dünyadan əl çəkmiş və Allaha bağlanmışdır. Bu xüsusiyyət bütün Əhli-beytin (ə) vücudunda vardı. Biz də gərək iftixarla bu insanların ardınca gedək. Həzrət Zəhra (s.ə) xütbəsində İslam maarifini bəyan etmişdi. Həzrət o zaman hiss edir ki, din və İslami dəyərlər hifz edilməlidir, bu xütbəni gözəl şəkildə yerinə yetirdi. Əgər bu xütbə olmasaydı, heç kim Əmirəl-mömini (ə), Əhli-beyti (ə) və hətta Vəliyyi-Əsri (ə) tanımazdı.

Dünyada İslam maarifini tanıdan mənbələr içərisində Əhli-beyt (ə) məktəbindən daha kamili yoxdur. İslam bizim bu günümüzə aid olmamışdan qabaq gələcəyimiz üçün proqramı qurmuşdu. Dünya hər nə qədər irəliləyərsə, yenə də görürük ki, İslam irəlidədir”.

 

Fatimə məndəndir və insanların arasında olan ən gözəl ülgüdür
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:04 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap