Sionist qəzeti Haarets Azərbaycan respublikası şiələrini təhqir etmişdir. Azərbaycan respublikası İsrail yönümlü şiələr ölkəsidir
Posted on : Video 10/16/2017 1:00:22 PM
Azərbaycan respublikası şiələrinin dövləti dini rəhbərlərinin nəzərinə rəğmən dünyəvidir
Tashaio.com - Qəzet
xəzəryanı ölkələrin əhəmiyyətinə işarə edib Azərbaycan respublikası kimi ölkələrin
enerji ehtiyatları və İran kimi böyük ölkələrlə həmsərd olduqlarına görə
regionda mühüm rol oynaya bildiklərini qeyd edərək yazır: “İsrailin qeyri-ərəb
ölkələri ilə əlaqədar xarici siyasəti Deyvid bin Qorionun “sərhəd siyasəti” fəallaşmışdır. Həmin sərhəd siyasətinə əsasən
21-ci əsrin başlanğıcında Türküstan regionundakı mənafe İsrail, Azərbaycan
respublikası, Özbəkistan, Qazaxıstan arasında bölünə bilər. Bu da Telaviv rəsmilərinin
praqmatizmindən asılıdır. Bu tənliyə Türkiyəni də əlavə etsək “1+1+3” düsturu
meydana çıxacaqdır. Əlaqədar əməkdaşlıq əsas əmtəələrin ticarəti, enerji təminatı,
yolların təhlükəsizliyi, ticarət dövriyyəsinin artması, hərbi təlim və daha əhəmiyyətlisi,
İran kimi digər ölkələrə qarşı əməkdaşlıq sahələrini ehtiva edir. Hal hazırda
İsrail Çinlə ticari-siyasi əlaqələrini gücləndirməkdədir. Beləliklə “ATUK” ölkələri
(Azərbaycan respublikası, Türkiyə, Özbəkistan və Qazaxıstan) ilə strateji əməkdaşlıq
yaratmaqla Çin dənizi ilə Aralıq dənizinə qədər uzanan dəhlizdə öz təhlükəsizliyini
təmin etmiş olur. Birbaşa ticarət, boru kəmərləri, social-mədəni fəaliyyətlər
İsrailin həmişəlik rəqibi olan İran qarşısındakı aparıcı təşəbbüsləridir.
Haarets qəzeti yazısının davamında İsrailin Azərbaycan respublikası və Türkiyəyə
yaxınlaşma məqsədinə işarə edərək yazır: Azərbaycan respublikasının özünə məxsus
mövqeyi İsrailin xarici siyasətində əhəmiyyətli yer tutur. Belə ki, ekspertlərin
fikrincə Azərbaycan respublikası ilə İsrail arasındakı özəl strateji əlaqələr
baxımından İsrailin birinci xeyri Azərbaycanın İrana strateji bağlılığının
artmasına mane olmaqdır. Əslində İsrail dənizlə əhatə olunmuş və çıxacağı
olmayan bir adadır. Həm də İran kimi böyük qüdrətlə əlbəyaxadır. Buna görə də
özü kimi mövqedə olan ölkələrlə ticarı və hərbi körpü salmalıdır. Buna görə də
Azərbaycan respublikası bizim üçün xəlaskar mələkdir. İsrail Azərbaycan
arasındakı əlaqə “türk-yəhudi” nəzəriyyəsinin həyata keçirilməsi deməkdir. Hal
hazırda Azərbaycan respublikası İsrailin neftə olan tələbatının üçdə birindən
çoxunu təmin edir və ildə bu ölkəyə 2.5 milyon ton neft ixrac edir. Azərbaycan
respublikasının strateji mövqeyi təkcə iqtisadi fəaliyyətlə bitmir. Bu ölkə yəhudilərin
2000 illik statusunu qəbul edir. Buna görə də muxalifətlərə baxmayaraq yəhudilərin
fəaliyyəti üçün təhlükəsiz bir yerdir. Qəzet yəhudilərin ikinci şiə ölkəsində
böyük uğur qazandıqlarından təəccüblənərək bu ölkə şiələrini təhqir edərək
yazır: bununla əlaqədar iki effektiv məslə vardır. Birinci bu ki, Azərbaycan
respublikasının şiələri dövlətin siyasi, mədəni və təhlükəsizlik tədbirləri nəticəsində
öz imamlarının və dini rəhbərlərinin xilafına olaraq şəhadətsiz, müqavimətsiz
bir şiəyə, bir sözlə İsrailin nəzərdə tutduğu bir şiəyə çevrilmişlər. ikincisi
bu ki, respublikanın hakimiyyəti sekular dövlət seçmişdir. Bunun özü də qəribədir.
Çünki şiələrin üçüncü imamı kimi din rəhbərləri dinin siyasətə müdaxiləsini
xüsusi vurğulamışlar.
Əlbəttə
qəzet bu mövzuya əsla işarə etmir ki, islam düşmənlərinin, sionist rejimi və Azərbaycanın
xain dövlətinin bu və ya digər hilələrinə baxmayaraq ölkə əhalisi din mərasimlərində
iştirak edir, yeri gəldikdə isə onların çoxu din yolunda canlarından keçirlər.
həmin ölkənin tarixində buna dair çoxlu nümunələr vermək olar: hacı Mövsüm Səmədov,
yaxud hacı Taleh Bağrov kimi bir çox azadlıqsevərlər öz müqəddəs mübarizələrində
imam Hüseyni örnək götürdüklərini vurğulamışlar.