Amerikan qəzeti “The Hill”: Qarabağ münaqişəsinin həll olunması Amerikanın uzunmüddətli maraqları ilə ziddiyyətdədir
Posted on : Video 10/16/2017 1:00:22 PM
Azərbaycan respublikasının dövlət adamları İranın bu ölkədəki mənəvi nüfuzundan qorxurlar
Tashaio.com- Qəzet bir yazıda Azərbaycan respublikası ilə Amerika və
İsrail arasındakı əlaqələri araşdıraraq Azərbaycan respublikasının İsrailə
meyilli olduğunun səbəbini açıqlamışdır. Qəzet yazır: İsrailin baş naziri B.
Netanyahunun Bakıya səfəri hakim sinfin və İsrailin bu ölkədəki amillərinin
sevinci ilə qarşılaşdı. İlham Əliyev deyir ki, Azərbaycan – İsrail əlaqələri
sürətlə inkişaf etməkdədir və strateji mahiyyət daşıyır. Netanyahu deyir: Yəhudi
dövlətilə müsəlman Azərbaycan respublikasının əlaqələri İsrail üçün nadir
imkandır. Iki ölkə arasındakı iclasların nəticələri əlavə dəyər vergisinin ləğv
olunması, aqrar sahədə əməkdaşlıq və birgə komissiyanın yaradılması idi. İsrail
Azərbaycan respublikası neftinin böyük alıcılarından biridir. Bakının Telavivlə
böyük həcmdə silah müqaviləsi vardır.
İsrail ekspertləri dəfələrlə işarə etmişlər ki, İsrailin Azərbaycan
respublikasına yaxınlaşmasının ən böyük səbəbi İran təhlükəsidir. İsrail İrana
geostrateji bir düşmən kimi baxır. Azərbaycan respublikasına gəldikdə isə
İranın xalq arasındakı mənəvi nüfuzundan qorxur. Amerka Qarabağın müstəqilliyini
rəsmi tanımasa da bu respublikaya illik yardım ayırmışdır. Buna baxmayaraq ABŞ
da öz növbəsində enerji və siyasi coğrafiya baxımından Azərbaycan respublikası
ilə əlaqə saxlamağın tərəfdarıdır. Azərbaycan respublikası İranı nəzarətdə
saxlamaq üçün bir körpü və Rusiya qarşısında enerji mənbəyi hesab olunur.
907-ci bəndin bəzi məfhumlarının dondurulmasına baxmayaraq
Erməni lobbisi Azərbaycan _ABŞ arasında hərbi əməkdaşlığın müxtəlif sahələrinə
dair müzakirələrdə həmin bəndə işarı edirlər. Qarabağ münaqişəsinin böhranlaşması
və 2012-ci il qarşıdurmalarından sonra Erməni lobbisinin üzvü Harvard Berman
xarici işlər nazirliyinə bir məktub yazaraq Amerikanın Azərbaycana hərbi
yardımının dayandırılmasını istəmişdir. Nəticədə Ağev Azərbaycan
respublikasının Amerikadan hərbi təchizat ala bilən ölkələrin siyahısından
çıxardı. Əlbəttə Uaşinqton yaxşı bilir ki, Bakıya silah satışının məhdudluğunu
götürsə Qarabğ münaqişəsi həll olacaq ki, bu da ABŞ-ın uzunmüddətli maraqlarına
ziddir.
Qəzet nəhayət yazır:
Qarabağın rəsmi tanınma prosesinin uğursuzluğu Azərbaycan diyazporasının növbəti
problemi olacaqdır. 2012-ci ildən 2016-cı ilə kimi Amerikanın altı ştatı,
Rodayland, Masaçuset, Min, Luiziyana, Kalıforniya və Havayi ştatları Qarabağın
rəsmi tanınmasına dair qərar qəbul etmişlər. Azərbaycan respublikası rəsmilərinin
insan hüququna laqeyd qalması da Amerika ilə əlaqələrin soyumasına səbəb olan
digər amillərdəndir. Bu arada Bakının İsrailə yaxınlaşması Amerikadakı sionist
lobbisini fəallaşdıra bilər ki, əhalini taptalamaq Azərbaycana qarşı
sanksiyaların tətbiq edilməsinə gətirib çıxarmasın. Buna baxmayaraq məlumdur
ki, İsrail lobbisi ermənilərin Qarabağın rəsmi tanınması planının qarşısını
almağa qadir deyildir. Ümumiyyətlə İsrailin tərəfdarı olan təşkilat rəhbərləri
Bakıya yardım etməyin İsrailin mənafeyi istiqamətində olduğuna inanırlar.
Mövcud vəziyyətdə isə müsəlman Azərbaycan respublikası və Türkiyə ilə yaxşı
münasibətdə olmaq İsrail üçün olduqca əhəmiyyətlidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır