Suriya ordusu İŞİD-in çox sayda xarici muzdlusunu məhv etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:22 PM
Öldürülənlər arasında Səudiyyə Ərəbistanı vətəndaşları da var.
Suriya ordusu
Deyr-əz-Zordakı toqquşmalar zamanı İŞİD terror təşkilatının 18 xarici muzdludan
ibarət dəstəsini məhv edib.
Döyüşlər Deyr-əz-Zor
şəhərindən 45 km cənub-şərqdə baş verib. Öldürülənlər arasında Səudiyyə Ərəbistanı
vətəndaşları da var.
Qeyd edilir ki,
əl-Ləbed rayonundakı İŞİD komanda məntəqəsinin məhv edilməsi zamanı Tunisdən
olan muzdlulardan ibarət daha bir dəstə də məhv edilib.
Mənbə: İslamazeri.az