Misir məhkəməsi ölkənin 2 adasının Səudiyyəyə verilməsini ləğv etdi - Video
Posted on : Digər sahələr 10/16/2017 1:00:22 PM
Misirin Ali İnzibati Məhkəməsi 7 ay çəkişmədən sonra hökumətin iki adanı Səudiyyəyə vermək qərarının ləğvi barədə hökm çıxarıb.
Bildirilib ki,
Tiran və Sənafir adaları Misirin mülkiyyətidir və hökumət bu adaları Səudiyyə
Ərəbistanına verə bilməz. Bu qərara qarşı appelyasiya şikayəti qaldırmaq mümkün
olmayacaq.
Qeyd edək ki
Misir hökuməti 8 ay öncə Səudiyyə ilə su sərhədlərinin müəyyənləşməsi
anlaşmasını təsdiqləmişdi. Bu anlaşmaya əsasən, Misirn iki adası Tiran və Sənafir
Səudiyyənin mülkiyyətinə keçmişdi. Bu anlaşma ötən il Səudiyyə kralı Salman bin
Əbdüləzizin Qahirəyə səfəri çərçivəsində əldə edilmişdi. Bu anlaşma o zaman
Misirdə ciddi etirazlara səbəb olmuşdu.
Lakin Misir
Dövlət Şurasının sədr müavini hakim Əhməd Şazlinin hakimliyi ilə keçirilən məhkəmə
ötən gün bu iki adanın Misirə aid olduğu haqda hökm çıxarıb. Misir Dövlət
Şurasının sədr müavini bəyan edib ki, hökumət Tiran və Sənafir adalarının Səudiyyəyə
aid olması üçün heç bir yetərli sübut təqdim edə bilməyib.
Onu da qeyd edək
ki, anlaşma Misir məhkəmələri tərəfindən maneələrlə üzləşdikdən sonra Səudiyyə
Ərəbistanı Misirə neftin satışını dayandırıb.
Mənbə: İslaminSesi