header

 Misir məhkəməsi ölkənin 2 adasının Səudiyyəyə verilməsini ləğv etdi - Video

Misirin Ali İnzibati Məhkəməsi 7 ay çəkişmədən sonra hökumətin iki adanı Səudiyyəyə vermək qərarının ləğvi barədə hökm çıxarıb.

Bildirilib ki, Tiran və Sənafir adaları Misirin mülkiyyətidir və hökumət bu adaları Səudiyyə Ərəbistanına verə bilməz. Bu qərara qarşı appelyasiya şikayəti qaldırmaq mümkün olmayacaq.

 

Qeyd edək ki Misir hökuməti 8 ay öncə Səudiyyə ilə su sərhədlərinin müəyyənləşməsi anlaşmasını təsdiqləmişdi. Bu anlaşmaya əsasən, Misirn iki adası Tiran və Sənafir Səudiyyənin mülkiyyətinə keçmişdi. Bu anlaşma ötən il Səudiyyə kralı Salman bin Əbdüləzizin Qahirəyə səfəri çərçivəsində əldə edilmişdi. Bu anlaşma o zaman Misirdə ciddi etirazlara səbəb olmuşdu.

 

Lakin Misir Dövlət Şurasının sədr müavini hakim Əhməd Şazlinin hakimliyi ilə keçirilən məhkəmə ötən gün bu iki adanın Misirə aid olduğu haqda hökm çıxarıb. Misir Dövlət Şurasının sədr müavini bəyan edib ki, hökumət Tiran və Sənafir adalarının Səudiyyəyə aid olması üçün heç bir yetərli sübut təqdim edə bilməyib.

 

Onu da qeyd edək ki, anlaşma Misir məhkəmələri tərəfindən maneələrlə üzləşdikdən sonra Səudiyyə Ərəbistanı Misirə neftin satışını dayandırıb.

 

 Mənbə: İslaminSesi


Misirin Ali İnzibati Məhkəməsi 7 ay çəkişmədən sonra hökumətin iki adanı Səudiyyəyə vermək qərarının ləğvi barədə hökm çıxarıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap