Amnesty International: Zəkzaki dərhal azad edilsin
Posted on : Digər sahələr 10/16/2017 1:00:22 PM
Amnesty International elan edib ki, Nigeriya rəsmiləri tez bir zamanda bu ölkənin İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı barəsində məhkəmənin çıxardığı qərarı hökmən və dərhal icra etməli və onu sərbəst buraxmalıdır.
Amnesty Internationalın Nigeriya üzrə
direktoru Makmid Kamara deyib ki, məhkəmənin
Şeyx Zəkzakinin azadlığı üçün qoyduğu 45 günlük vaxt bitib. “Əgər hökumət bilərəkdən
öz məhkəmələrinin qərarını icra etməzsə, bu qanunun icrasını açıq şəkildə
pozmaq deməkdir və təhlükəli bir addımdır”.
M.Kamara Şeyx Zəkzakinin həbsinin
qanunsuz olduğunu vurğulayaraq deyib ki, bu addım bəlkədə təhlükəsizlik qüvvələrinin
2015-ci ilin dekabr ayında Zariyada törətdiyi dəhşətli cinayətləri ört-basdır
etmək üçün geniş çalışmanın tərkib hissəsidir.
Amnesty Internationalın rəsmisinin
dediyinə görə, Nigeriya ordusunun Zairya şiələrinə hücumu zamanı yüzlərlə insan
öldürülüb.
Mənbə: Maide