header

 İmam Əlinin “Allahdan qorxma!” tövsiyəsinin anlamı nədir?

Hədislərin birində İmam Əlidən nəql edilən tövsiyələrdə “Allahdan qorxma!” ifadəsi keçir. Bunu necə başa düşmək olar?

Təfsiru İmam Həsən əl-Əskəri əsərində (səh-265) İmam Həsən Əskəridən belə bir hədis var:

 

“Möminlərin əmiri İmam Əli vücudunu qorxu bürümüş bir kişini gördü. İmam ona dedi: Sənə nə olub? Kişi cavab verdi: Allahdan qorxuram. İmam buyurdu: Ay Allahın bəndəsi günahlarından qorx! Kimsənin ödənilməmiş haqqı səndə qalacağı təqdirdə səni tutacaq Allahın ədalətindən qorx! Sənə vacib buyurulanlarda itaət et! Səni islah edən və xeyrinə olan buyuruqlarda günah etmə! Bundan sonra Allahdan qorxmaq lazım deyil, çünki o kimsəyə zülm etməz. Allah belə bəndəsini layiq olduğundan artıq cəzalandırmaz. Amma ömrünün aqibətinin pis olacağından, (mənfiyə doğru) dəyişəcəyindən qorxursansa və Allahın bu pis aqibətdən səni amanda saxlamağını istəyirsənsə, elə isə bil ki, sənə gələn xeyirlər Allahın kərəm və tövfiqatı sayəsindədir. (və bil ki,) Gələn pis işlər isə Allahın sənə möhlət verməsi və sənə görə səbirli olmasına görədir.”

 

Anlaşılır ki, insan o dərəcədə Allahdan qorxmamalıdır ki, ümidini itirsin və o dərəcədə Allahın mərhəmətinə ümidvar olmamalıdır ki, günah etməyə sövq etdirilsin. / İslaminSesi

Hədislərin birində İmam Əlidən nəql edilən tövsiyələrdə “Allahdan qorxma!” ifadəsi keçir. Bunu necə başa düşmək olar?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap