header

 Avstriyada hicab qadağasına qarşı etiraz aksiyası keçirilib

Ötən gün Avstriya müsəlmanları və fəalları bu ölkədə dövlət qulluqçuları üçün hicabın qadağan edilməsi layihəsinə qarşı Vyanada etiraz aksiyası keçirib.

Vyana universitetinin yaxınlığında keçirilən etiraz aksiyasında onlar dövlət qulluqçuları xüsusi ilə müəllimlər üçün hicabın qadağan edilməsi layihəsinə qarşı şüarlar səsləndirib.  

 

Etirazçılar ölkədə dinindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquq və azadlıq tələb ediblər və bu qanunu layihəsini qəbul olunmaz adlandırıblar. 

 

Etirazçılar müsəlmanlar üçün bu kimi qadağaların siyasi məqsədlərlə irəli sürüldüyünü bildiriblər.

 

Qeyd edək ki, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts bir həftə öncə bildirmişdi ki, ölkədə müəllim və dövlət qulluqçuları üçün hicab qadağan edilə bilər. Hicab qadağası layihəsinin təşəbbüskarı məhz Sebastyan Kurts və ölkənin digər tanınmış siyasətçisi Mun Duzdardır.

 

Mənbə: Maide

Ötən gün Avstriya müsəlmanları və fəalları bu ölkədə dövlət qulluqçuları üçün hicabın qadağan edilməsi layihəsinə qarşı Vyanada etiraz aksiyası keçirib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap