header

 Azərbaycanı İŞİD-ə qarşı qondarma mübarizəyə cəlb etmək üçün televiziya proqramı

Informasiya təşkilatları Bakını nəzarətə almaqla hansı hədəfi güdürlər? Region mediyası Azərbaycanı təkfirçi qruplaşmalara qarş cəlb etməkdən xəbər verirlər

Tashaio.com- informasiya təşkilatları Bakının son vəziyyətini nəzərə alaraq hələ rəsmən açıqlanmayan aktual hədəfləri güdürlər. Azərbaycan respublikasının xarici işlər nazirliyi bu ölkənin İŞİD-lə mübarizə üçün islam hərbi koalisiyasına qoşulmasını təkzib etsə də əlaqədar təşkilatlar tərəfindən bu sahəyə aid müzakirə hələ də davam edir. Xüsusilə Azərbaycan respublikasının yaxın müttəfiqlərindən olan Pakistan dövlət qurumlarının “dünyanyuz” xəbər saytı bu xəbəri yaymaqla regionun siyasi təfəkküründə bir sual yaratmışdır. O da bu mövzuda qeyri-adi məsələnin, mövzunun son vaxtlar şişirdilməsidir.  Azərbaycan respublikası antiteror koalisiyasinda üzv olsa da terroçuluqla hədələnən bir ölkədir. Lakin ölkə mediyasının iddiasına görə Azərbaycan respublikasının islam ordusunun hərbi birliyində üzv olması xəbərinin yayılması Bakıda mövcud olan sağlam hədəflərə xidmət istiqamətində deyildir. Politoloqlardan Azad Nağıyev yeni müsavata verdiyi müsahibəsində bildirmişdir: məlumdur ki, bu koalisiya hərbi blokdur və 34 islam dövləti tərəfindən İŞİD-ə qarşı və ümumiyyətlə türrorçuluğa qarşı mübarizə üçün təşkil edilmişdir. O artırmışdır: Səudiyyə Ərəbistanı bir il bundan qabaq, yəni 2015-ci ilin dekabrında bu hərbi koalisiya haqqında bəyaniyyə vermişdir. Lakin terrorçuluqdan ən çox ziyan görən Suriya və İraq ölkələri ona qoşulmadılar. Əlbəttə qeyri-islami ölkələrin bu koalisiyaya qoşulması diqqət çəkicidir. Azəri politoloqu müsahibənin davamında açıqlamışdır: təbiidir ki, koalisiyanın təşkilindən məqsəd əvvəllər Ərəb ölkələrinin İŞİD terrorçularına qarşı simvolik meyillərinə dair Amerikanın nəyanatıdır. Buna görə Rusiya da koalisiyaya qoşulmaqda ehtiyatla hərəkət etmişdir. Nağıyev koalisiyada konkret hədəfin olmaması, Azərbaycanın da ona qoşulmaqda ehtiyatla əməl etməli olduğunu vurğulayaraq xatırlatmışdır: Azərbaycan respublikasının koalisiyaya qoşulması bu gün bir baxımdan müsbət görünsə də digər tərəfdən mənfi bir prosesin təsirinə məruz qalacaqdır. Artıq söz İŞİD təhlükəsindən və digər problemlərdən getmir, söz bu hərbi koalisiyada konkret və aktual bir hədəfin olmamasındadır. Bunun özü geniş və hərtərəfli təhlil tələb edir. Azərbaycanın digər tanınmış politoloqu Elçin Mirzəbəyli də bu haqda Müsavata bildirmişdir: Azərbaycan respublikasının nə hərbi, nə də təhlükəsizlik və ölkəmizin müəyyən hərəkatlara qoşulma doktorinası belə bir orduya qoşulmağa yol vermir. Buna görə də məncə Azərbaycana qarşı informasiya təxribatına dair bu kimi aktual fəaliyyətlər geniş şəkildə analiz edilməlidir. Xatırlatmağa dəyər ki, 2015-ci ilin dekabrında region mediyası “Bakı üçün ayrıc” mövzusuna dair xəbərlər yaymışdılar. Xəbərlər Azərbaycanın ayrıca yetişdiyini bildirirdi. Həmin vaxt Səudiyyə Ərəbistanı terroçuluğa qarşı saxta bir plan hazırlayaraq islam hərbi koalisiyasının təşkil edildiyini bildirdi. Hətta 34 ölkə tərəfindən anti-terror əməliyyatına dair birgə bəyaniyyə də verildi. Bu orduya Azərbaycan respublikası da dəvət olunmuşdu. Bu haqda hətta Ərəbistanın və Azərbaycan respublikasının xarici işlər nazirləri arasında telefon danışıqları da olmuşdu. Indi isə yeni ilin başlanğıcında Ərəbistan tərəfindən növbəti dəfə Azərbaycan respublikasının hərbi koalisiyada üzv olma dəvəti təklif olunur və beləliklə Azərbaycan respublikasını İŞİD-ə qarşı mübarizə adlı bir batlaqda giriftar etmək istəyirlər. Ərəbistan paytaxtı Riyadın rəhbərliyi altında yaranan  simvolik islam ordusu Terrorçuluğa qarşı mübarizədə və Suriya böhranının həlli istiqamətində nəinki indiyə kimi heç bir iş görməmişdir, əslində onun əsas məqsədi Ərəbistanın və ona bağlı ölkələrin terrorçuluğunu ört-bastır etməkdir. Buna görə də İran, İraq və Suriya koalisiyaya qoşulmamışlar. Azərbaycan respublikası ilə koalisyaya qoşulmaq üçün aparılan müzakirə də müxtəlif və mühüm təfsirlərlə yozula bilər. Lakin indiyə kimi Azərbaycan rəsmiləri öz mövqelərini açıq şəkildə bildirməmişlər və bu mövzu hələlik heç kimə bəlli dyildir.

Informasiya təşkilatları Bakını nəzarətə almaqla hansı hədəfi güdürlər? Region mediyası Azərbaycanı təkfirçi qruplaşmalara qarş cəlb etməkdən xəbər verirlər
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:22 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap