İraq Ordusu Mosulun daha 4 məhəlləsini İŞİD-dən azad edib: 60 terrorçu öldürüldü
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İraq Ordusu Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini bildirib...
Tashaio.com İslamazeri.az -a istinadən xəbər verir ki, İraq Ordusu
Mosul əməliyyatı çərçivəsində daha 4 məhəlləni İŞİD-dən xilas etdiyini
bildirib.
"Rudaw"
müxbiri Mosulun Yarimçə məhəlləsində şiddətli qarşıdurmaların yaşandığını
bildirib.
Zubata kəndində
İraq Ordusu ilə İŞİD arasında çıxan qarşıdurmada 60 İŞİD-linin öldürüldüyünü,
terror təşkilatına aid 2 bomba quraşdırılmış avtomobilin partladıldığını
bildirib.
Əməliyyatda
koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD mövqelərini fasiləsiz
bombardıman edib.
İraq Terrorla
Mübarizə Briqadalarının isə Maliyə, Sadiq və Hədba məhəllələrinin nəzarəti tam
təmin edib.
Bu arada,
axşama doğru, İraq Federal Polisindən general-polkovnik Raid Şakir Cövdət tərəfindən
verilən yazılı açıqlamada təhlükəsizlik qüvvələrinə tabe birliklərin Mosulun cənubundakı
4 məhəllənin hamısında nəzarəti təmin etdiyini açıqlayıb.
Mosuldakı əməliyyatın
komandirlərindən general-polkovnik Əbdüləmir Yarullah şəhərin şimal hissəsində
baş verən şiddətli toqquşmalar nəticəsində düşmənin ciddi itki verdiyini
bildirib.
29 dekabrda
başlanan Mosul Əməliyyatının ikinci mərhələsindən bəri Sadə, Tuvilə və
Ərqobbazi kəndləri, o cümlədən digər bəzi kəndlər azad edilib.
İraq qüvvələri əməliyyatda
indiyədək Mosulun şərq tərəfində təxminən 60 %-ında nəzarəti təmin edib.
İraq Ordusu
Mosulun daha 4 məhəlləsini İŞİD-dən azad edib: 60 terrorçu öldürüldü