header

 Rusiya Suriyanın silahlı müxaliflərinin cinayətləri ilə bağlı sənədləri BMT-yə təqdim etdi

Rusiya Suriyanın silahlı müxaliflərinin cinayətləri ilə bağlı sənədləri BMT-yə təqdim etdi

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Suriyada silahlı müxalif adlandırılan terrorçuların törətdiyi cinayətlərin, edamların və vəhşiliklərin sübutları olan sənədləri BMT-yə təqdim etdiklərini açıqlayıb.  

 

Sənədlərin kitab şəklində hazırlandığını bildirən Mariya Zaxarova lazımlı işlərin aparılması üçün beynəlxalq təşkilatlara da göndərildiyini vurğulayıb.  

 

“İŞİD və “Nusra Cəbhəsi” terrorçu qruplaşması İraqda və Suriyada kimyəvi silahlardan istifadə edərək cinayətlər törədiblər”, - deyə Mariya Zaxarova açıqlamasında diqqətə çatdırıb.

 

Terrorçuların kimyəvi silahlardan ilk dəfə 2013-cü ilin yaz aylarında istifadə etməsinə toxunan Mariya Zaxarova eyni ilin yay ayında Şərqi Qutada kimyəvi bomba ilə onlarla insanın öldürüldüyünü qeyd edib.

Mənbə: eastnews

Rusiya Suriyanın silahlı müxaliflərinin cinayətləri ilə bağlı sənədləri BMT-yə təqdim etdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap