Obamadan gözlənilməz etiraf: Amerikalılar Rusiyaya ABŞ-dan daha çox güvənirlər
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
"Bu cəmiyyətimizdəki parçalanmanı nümayiş etdirdi..."
CBS-ə istinadən,
ABŞ Prezidenti Barak Obama verdiyi müsahibədə ölkəsinin gələcəyi haqda olan
qorxuları haqda danışıb.
Ağ evin getməkdə
olan başçısı qeyd edib ki, “rusiyalı xakerlərlə” bağlı vəziyyət Demokratlarla
Respublikaçılar arasında parçalanmanı nümayiş etdirdi. Bu hadisə onlara “eyni
meydanda oynadıqlarını” unutdurub.
“Vladimir
Putinin ABŞ hökumətindən daha çox inama laiq olması haqda olan fikirlərin bəzi
dairələrdə yayılması məni narahat edirdi.”, deyə Obama bildirib.
Xatırladaq ki,
2016-cı ilin oktyabr ayında ABŞ xüsusi xidmət orqanları bildirmişdi ki, ölkənin
seçki sistemlərinə edilmiş kiber hücumlar Rusiyanın göstərişi əsasında həyata
keçirilib. Bununla belə rəsmi Vaşinqton, Rusiyanın ABŞ-dakı prezident seçkilərinin
nəticələrinə təsir etmək məqsədi ilə xaker hücumlarındakı əlaqədarlığını sübut
edən heç bir dəlil təqdim etməyib.
Rusiya tərəfi dəfələrlə
bildirib ki, məlumat sızması məsələsinə aidiyyatı yoxdur və ABŞ-ın bu
iddialarını əsassız adlandırıb.
Mənbə: İslamazeri.az