İrandan Ali-Xəlifə rejiminə etiraz: Sonrakı hadisələrin məsuliyyəti...
Posted on : iran 10/16/2017 1:00:21 PM
Rəsmi Tehran Ali-Xəlifə rejiminə etirazını bildirib
“Presstv”-ə
istinadən, İran XİN-nin mətbuat katibi Bəhram Qasimi Ali-Xəlifə rejiminin son
cinayətinə işarə edərək bildirib: “Bəhreyn rejimi düşünülməmiş
atdığı bu addımla sübut etdi ki, ölkə daxili böhranın sülh yolu ilə həlli
mümkün deyil. Çünki bu rejim, müdafiəsiz etirazçılara qarşı daim zorakı
addımlardan istifadə edib. Beynəlxalq aləmin Bəhreyn böhranının siyasi yolla həll
olunması qərarına gəldiyi ərəfədə Ali-Xəlifə rejiminin bu addımı atması təəssüf
doğurandır. Bugündən sonra baş verən hadisələrin məsuliyyəti şübhəsiz ki, Ali-Xəlifə
rejiminin üzərinədir.
Mənbə: İslamazeri.az