BMT: Səudiyyə rejiminin Yəmənə təcavüzü nəticəsində 1,4 min yəmənli uşaq həlak olub
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
BMT xəbər verir ki, Səudiyyə Ərəbistan rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində 1,4 min yəmənli uşaq həlak olub.
Tashaio.com Maide.az-a istinadən xəbər verir ki, BMT-nin Uşaq Fondu ötən
gün açıqladığı hesabatda bildirib ki, Səudiyyə rejiminin Yəmənin dinc sakinlər
məskunlaşdığı bölgələrinə hücumları uşaqların ölməsi və yaralanmasına səbəb
olur.
Məlumata görə,
bu təcavüz nəticəsində 2,4 uşaq isə yaralanıb.
YUNİSEF-in Yəməndəki
nümayəndəsi M.Relano bildirib ki, uşaqların öldrülməsi ilə bağlı statistika həqiqətdə
elan olunandan daha çoxdur. “Uşaqlar öyrənmək əvəzinə ölüm, müharibə və
dağıntıları müşahidə edirlər".
BMT-nin məlumatına
görə, Səudiyyə rejiminin təcavüzü nəticəsində Yəməndə indiyədək 2 mindən çox məktəb
yararsız hala düşüb və ya digər məqsədlər üçün istifadə olunur.
Qeyd edək ki,
BMT-nin açıqlandığı hesabat ərəfəsində Səudiyyə Ərəbistanın hərbi təyyarələri Yəmənin
paytaxtı Sənanın şimal-şərqində Nəhim bölgəsinə şiddətli hava zərbələri
endirib.Bu hava zərbəsi nəticəsində onlarla uşaq və qadın yaralanıb və həlak
olub.
Bölgədə əl-Fəllah
adlı məktəbin yaxınlığına endirilən hava zərbəsində məktəblilər də həlak
olub.