header

 Türkiyənin Ermənistana etdiyi yardımlar türk dərsliklərində - FOTO

Kitabın 137-ci səhifəsində isə yazılır ki, Türkiyə Ermənistanın tələbi ilə və ən ağır dönəmində onlara 100 min ton buğda göndərib

Zaman-zaman qonşu ölkələrin Ermənistanla əlaqədə olması Azərbaycan ictimaiyyətində geniş müzakirəyə yol açan əsas mövzulardan biridir. Eyni zamanda Azərbaycana qardaş hesab edilən Türkiyənin də Qarabağ döyüşləri dövründən indiyə qədər Ermənistanla mühüm enerji, qida, geyim və digər sahələrdə də əməkdaşlığı faktlarla gündəmə çıxarılsa da, böyük bir kütlənin bu əlaqələri kor-koranə formada inkar etdiyi müşahidə edilir. Bu faktları gündəmə gətirənlər isə Türkiyə düşmənçiliyində suçlanılır.

 

Halbuki belə bir əlaqənin mövcudluğu vaxtı ilə Türkiyənin baş naziri olmuş “Səadət” Partiyasının lideri Nəcməddin Ərbəkanla Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy arasında keçirilən görüşdə də çox açıq formada qeyd edilmişdi .

 

Lakin bu günlərdə Türkiyə universitetlərində tədris edilən “Dövlət Universitetinin 'Orta Asya ve Kafkasyada siyaset' dərslik kitabının 130-cu və 137-ci səhifələrində yazılanlar artıq Türkiyə Ermənistan münasibətlərinə dair deyilənlərə sanki nöqtəsini qoydu.  Bu münasibətləri ən yumşaq formada Türkiyənin Azərbaycana etdiyi xəyanəti kimi də dəyərləndirmək mümkündür.  

 

Kitabın 130-cü səhifəsində yazılır ki Kəlbəcərin işğalından sonra qətliamdan qaçmağa çalışan camaat üçün Azərbaycan Türkiyədən yardım istəmişdi. Ancaq Türkiyə Rusiya ilə gərginlik yaşanmasın deyə hərəkətsiz qaldı və etiraz etdi. Ankara bu sırada İranınn qətliamdan qaçan insanlara Azərbaycan sərhədləri daxlində yardım etməsini dəstəkləmişdi. Yəni özü Rusiyadan çəkindiyi üçün bir iş görməyib, İranın Azərbaycan yardımlarını dəstəkləmişdir. Eyni zamanda orada bu da qeyd edilir ki, Azərbaycan Kəlbəcərdən camaatı çıxarmaq üçün Türkiyədən helikopter istədi, amma türklər vermədi. Buradan aydın olur ki, Türkiyə o dönəmdə Kəlbəcər hadisləri zamanı söz deməkdən başqa bir iş görməyib. Əvəzində İranı qabağa verib.

 

Onu da əlavə edək ki, hətta erməni jurnalistlərin yazdığına görə İran o dövrdə Azərbaycandan icazə istədi ki, müharibəyə qoşunla müdaxilə etsin. Buna görə də iki alayını sərhəddə çəkmişdi. Amma Azərbaycan buna razılıq vermədi.

 

Kitabın 137-ci səhifəsində isə yazılır ki, Türkiyə Ermənistanın tələbi ilə və ən ağır dönəmində onlara 100 min ton buğda göndərib. Özü də Azərbaycan ordusunun 1992-ci ildə 4 aylıq uğurlu hücüm əməliyyatları nəticəsində 220 yaşayış məntəqəsi azad olunmuşdu. Üzü qışa gedirdi.  Və noyabr ayında hücum dayandırıldı və 1993-cü ilin yaz aylarında başlanılacaq yeni irimiqyaslı hücüma hazırlığa start verildi. Bu uğurlu əməliyyatlardan sonra 2-ci korpusun komandiri polkovnik Sürət Hüseynova Milli Qəhrəman adı verildi. Kitabda həmçinin qeyd olunur ki, buğdadan başqa Türkiyə Ermənistana elektrik enerjisinin verilməsinə də razı olmuşdu.  Lakin Azərbaycanın etirazı nəticəsində bu proses dayandırıldı. Lakin Türkiyənin keçmiş baş naziri Nəcməddin Erbakan özü eks prezident Əbülfəz Elçibəyə bildirmişdi ki, ölkəsi Ermənistana elektrik enerjisi verib. Bundan başqa mətndə deyilir ki, Türkiyə 1992-1993-cü illərin ağır qış aylarında Avropadan Ermənistana göndərilən yardımları öz ərazisi ilə buraxıb.”

 

Qeyd edək ki, bu kitab dərslikdir və müəlliflərin içində Alaəddin Yalçınkaya və Cəmil Həsənlinin adları da var.

 

Mənbə: İslaminSesi

 

Orta Asya ve Kafkaslarda Siyaset ( AÖF)

 

Bermeki Mutteqi adlı birinin şəkli.

 

Bermeki Mutteqi adlı birinin şəkli.

 

Kitabın 137-ci səhifəsində isə yazılır ki, Türkiyə Ermənistanın tələbi ilə və ən ağır dönəmində onlara 100 min ton buğda göndərib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap