header

 Bəndənin Allahla düşmənçiliyi Mövsüm Səmədovun bəyanında – Əxlaq dərsi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərindən I hissəsini oxucularımıza təqdim etmişdik

Xatırladaq ki, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.


Sözügedən dərslərin ikinci hissəsini oxucularına təqdim edirik:

 


Təvəlla və Təbərranın (Red:Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq) müxtəlif dərəcələri vardır ki, onları aşağıdakılardır.

 

• Əqidə baxımdan təvəlla və təbərra

 

• Əməl baxımından təvəlla və təbərra

 

• Əxlaq baxımından təvəlla və təbərra


Əxlaqla bağlı təvəlla və təbərra insana məxsus rəzilə və fəzilə sifətlərlə bağlıdır. Şeytan da insanları həmişə mərtəbə-mərtəbə Allahla düşmənçiliyə aparır və insanın Allahla olan rabitəsini tamamilə qət etmək istəyir. Bu baxımdan ən kiçik günahlara və rəzilə əməllərə belə diqqət etməyimiz zəruridir. Şeytan özü tam şəkildə Allahın hökmünə qarşı çıxıdığına görə, ona itaət edən və qulaq asan insanı da öz həddinə çatdırır.

 

Bütün ibadətlər isə öz növbəsində insanın Allahla rabitəsinə xidmət edir. Nəticədə insan bir həddə çatır ki, bütün hicablar gözünün qarşısından götürülür. Nəhayətdə anlayır ki, bəndə və varlıq olaraq Allahla rabitəsi var.

 

Allah düşmənçiliyin əlamətləri də müxtəlifdir.

 

İlk əlaməti budur ki, bəndə Allahla rabitəsi olduğunu inkar edir. Bu inkar özünü müxtəlif formalarda, həm düşüncədə, həm əməldə, həm də ki, əxlaqi məsələlərdə göstərir.

 

Digər bir əlaməti isə Allah dostları və övliyaları ilə düşmənçilik etməsidir.

 

Sonuncu əlamət isə Allahın hökmlərinə qarşı çıxmaqla baş verir. Yəni bəndə Allahın hökmlərinə əməl etməməklə onunla düşmən olduğunu izhar edir.

 

Bəndə qəti olaraq bunu anlamalıdır ki, şeytanın ona verə biləcək heç nəyi yoxdur. Onu işi ancaq vəd verməkdir ki, bütün vədləri də sonda yalan çıxır. Təəssüf ki, insanların əksəriyyəti də Allahın haqq vədlərini unudub şeytanın vədlərinə aldanırlar.

Mənbə: İslaminSesi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərindən I hissəsini oxucularımıza təqdim etmişdik
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap