Səməd Həsənzadə: 19 Yanvar, Azərbaycanlıların kimliklərinə qayıtdığı gün
Posted on : qafqaz 10/16/2017 12:59:59 PM
1990-cı il 19 yanvar tarixi günü Azərbaycan Respublikası xalqının tarixində yadda qalacaq bir gün hesab edilir. Sovetlər Birliyinin…
1990-cı il19 yanvar tarixi günü
Azərbaycan Respublikası xalqının tarixində yadda qalacaq bir gün hesab edilir.
Sovetlər Birliyinin ömrünün son aylarında Azərbaycan Respublikası xalqının
böyük bir hissəsi öz həqiqi kimliklərini və əsillərini dərk edərək İran İslam
Respublikası ilə ortaq sərhəddə toplaşdılar, sərhəd manelərini aradan
qaldıraraq Araz çayını adladılar, öz dini inanclarını diriltmək və tarixi
keçmişlərinə qayıtmaq üçün dərin etiqadlarını nümayiş etdirdilər. Azərbaycan
xalqının öz daxilindən qaynaqlanan bu hərəkatın aşkar bir mesajı var idi və
göstərdi ki, kommunist və ateist hökumətinin 70 illik hakimiyyəti, anti-İran,
anti-din təbliği onların kimliyini əllərindən ala bilməmişdir. Həqiqətdə,
Azərbaycan və İran xalqlarının dərin tarixi və dini bağlılıqları təyinedici bir
amil olaraq özünü göstərdi, Sovetlər Birliyinin parçalanması və Azərbaycan
Respublikasının müstəqilliyinin davamında bu ölkədə dini kimlik prosesi yeni
mərhələyə qədəm qoydu.
Bununla belə Azərbaycanda
sekülarların hakimiyyətə gəlməsi ilə xalqın dini kimliyə qayıtmasına əsaslı
maneə yaratmaq üçün dini təzahürlərlə və islamçılarla hərtərəfli və ciddi
mübarizənin şahidiyik. Azərbaycan dövlətinin hərəkət və rəftarını araşdırdıqda
məlum olur ki, bu ölkənin dövlət rəhbərləri tərəfindən daim tarixi
saxtalaşdırmaq, həqiqətləri, tarixi münasibətləri təhrif etmək, qeyri-həqiqi
rəsmi münasibətlər qurmaq məqsədyönlü şəkildə izlənilib. Bu proqram
çərçivəsində Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 31 dekabrın “Dünya
Azərbaycanlılarının Həmrəylik Günü” adlandırması, ümumi fikri yayındırmaq və 19
yanvar hadisəsini kölgə altında qoymaq məqsədilə həyata keçirilən hərəkətlərdən
idi. Amma diqqət etmək lazımdır ki, bu ölkə xalqının günbəgün dinə meylinin
artması və öz qanuni haqlarını dinc yollarla tələb etmələri əhali arasında
İslam maarifinin dərinləşməsini göstərir. Bu zəminədə Azərbaycan xalqının bu il
Məhərrəm ayının ongünlüyündə, Tasua və Aşura günlərində əzəmətli toplantı və
iştirakı mühüm və istinad ediləcək bir həddə meyar hesab olunur.
Azərbaycanın dövlət rəhbərləri 31
dekabrı “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adlandırmaları kimi özlərinə
məxsus siyasət izləməklə 19 yanvar həqiqətini unutdurmağa cəhd etsələr də
sözsüz ki, 19 yanvar Azərbaycan və İslam tarixində dönüş nöqtəsi olaraq yadda
qalacaq.
Ərdəbilin hörmətli imam cüməsi
həzrət Ayətullah Amilinin 17 yanvar 2014-cü ildə cümə namazı xütbələrində 19
yanvarı “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanması və “azəri nəslinin öz
kimliyinə qayıtması günü” elan edilməsi çox münasib və müdrik addım idi. Bu
hərəkət 31 dekabr adlanan münasibəti ciddi şəkildə əngəllədi. 19 Yanvar gününü
dəyərləndirilməsində diqqət edilməsi mühüm və əsas məsələ budur ki, Azərbaycan
xalqının 1990-cı ildə öz dini kimliyinə qayıtması üçün atdığı addım heç də
həyəcan, emosiyalardan doğan və ötəri bir hərəkət deyildi. Əksinə bu həqiqi və
davamlı bir hərəkət idi. Ona görə də əziz tutulmağa layiqdir.