Hədislərdə xəsisliyin gözəl izahı
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İmam Həsən (ə) xəsislik və tamahkarlığı bir cümlədə belə izah edir.
Həşr surəsinin
9-cu ayəsində buyurulur:
“Onlardan
(mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən)
iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri
sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri
ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən)
nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar
nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!”
Ayəyə əsasən,
xilas olanlar yalnız xəsisliyinə qalib gələnlərdir.
İmam Həsən (ə)
xəsisliyi iki cümlədə belə izah edir:
"Xəsislik əlində
olanı özünə şərəf, əlindən çıxanı isə tələf olmuş hesab etməkdir”
(Vəsailuş-şiə,16/539)
Quran ayələrinə
görə müsəlman əlindən çıxana heyifsənməməlidir, əlinə gələn bir nemətə görə də
sevinməməlidir. Bu həm təvəkkülün, Allahın müqəddəratına razı olmağın həm də xəsisliyin
olmamasının göstəricisidir. Əgər bir müsəlman əlində olanı özünə şərəf bilirsə
deməli bu mülk onu dünyaya bağlayar. Allah bu mülklə onu imtahana çəkdiyi
halda, o əlində olan bu mülkə görə və onun əldə qalmasına görə günahlara da
mürtəkib ola bilər. Mütəal Allah buyurur ki, Allah yolunda verdikləriniz
“Baqiyatus-Salihat”dır və yalnız onlar insan üçün qalıcıdır. Belə olan halda
insan Allah yolunda əlindən çıxanlara, digər məkanlara sərf olunmuşlara tələf
olunmuş baxarsa, xəsis kimi qələmə verilər.
Mənbə: İslaminSesi