“Qafqazın diplomları tanınmasın!” - Türkiyənin qərarı
Posted on : qafqaz 10/16/2017 1:00:21 PM
Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib
Tashaio.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu sırada Avstraliya və
Polşadan 3, İraq, Albaniya və Kolumbiyadan 2, Türkmənistan, Qazaxıstan, Azərbaycan,
İndoneziya, Belçika, Rumıniya, Qırğızıstan, Gürcüstan və Bosniya-Hersoqovinadan
hərəsindən 1 olmaqla universitetlər daxildir.
Azərbaycandan
bu siyahıya Qafqaz Universiteti daxil edilib. Şuranın qərarına əsasən
universitetin 2016-cı ilə qədər məzunlarına verdikləri diplomlar, habelə
2015-2016 tədris ilinə qədər Qafqaz Universitetinə qəbul olunanların diplomları
Türkiyə tərəfindən tanınmayacaq. Yalnız 2016-2017 tədris ili və bundan sonrakı
illər üçün universitetə qəbul olunan tələbələrin diplomları tanınacaq. Yüksək Təhsil
Şurası bunu onunla əsaslandırır ki, ötən il Azərbaycan hakimiyyəti FETÖ ilə
mübarizə çərçivəsində Qafqaz Universitetinin rektorunu və professor-müəllim heyətini
dəyişdirib.