Nüfuzlu Fransa qəzeti: "Türkiyə müsəlman ölkə olduğu üçün Aİ-yə qəbul etmirik!"
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Fransanın (Löpinyon) "L'Opinion" qəzetinin yazarı Merşe Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəyə çıxarılmamasının yeganə səbəbinin müsəlman ölkə olması ilə bağlı olduğunu deyib.
Merşe dərc
etdiyi məqaləsində, Türkiyənin Aİ-yə üzvlük prosesilə əlaqədar ilkin mühakimələr
və terrorla mübarizəyə dair açıqlamalar verib: "Türkiyənin Aİ-na
üzvlüyünün müzakirə olunmamasının yeganə səbəbi müsəlman ölkə olmasıdır. Buna
görə avropalılar, xüsusilə də, fransızlar Türkiyəni Avropada görmək istəmir. Səsləndirilən
arqumentlər nə olursa olsun, bu qəbul olunmamanın yeganə səbəbi Türkiyənin
böyük bir müsəlman ölkə olmasıdır. Əgər siz Türkiyənin Aİ sistemində bir yer
tuta biləcəyini desəniz, düşmənlə əməkdaşlıq etməkdə ittiham olunacaqsınız. Bu
mövzunun tabu vəziyyətinə gətirilməsini qəbul etmək mümkün deyil".
Türkiyənin Aİ-yə
üzvlük prosesinin Fransada artıq müzakirə mövzusu olmamasının kədərli bir vəziyyət
kimi qiymətləndirən Merşe, sözlərini belə davam edib: "Bu mövzu çox köhnə
bir nağıldır. Təəssüf ki, Türkiyənin üzvlüyü artıq Fransada müzakirə olunmur.
Bir neçə il əvvəl mövzu ilə bağlı bəzi arqumentlər irəli sürürlür və
"yaxşı bir fikirdirmi?" deyə suallar verə bilirdik. Məsələn sabiq
prezident Jak Şirak və sabiq baş nazir Mişel Rosard Türkiyənin üzvülüyünə müsbət
baxırdı. Dəstəkləyən və əleyhinə olan arqumentlər var idi. Bu gün bu müzakirəni
Fransada açmaq mümkün deyil. Buna kədərlənirəm". /Deyerler.Org