Bakıda əməliyyat: Vəhhabi yuvası aşkarlandı
Posted on : qafqaz 10/16/2017 1:00:21 PM
Burada 15 nəfərin yaşaması və gecələməsi üçün bütün şərait mövcuddur.
Bu gün Dövlət Təhlükəsizlik
Xidməti, Daxili İşlər Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbayel
rayon İcra Hakimiyyəti birgə əməliyyat keçirib.
"İslamazeri.az"nin
Lent.az-a istinadən məlumatına görə, Səbail rayonunun Badamdar qəsəbəsi, 3-cü
massiv ərazisində vəhhabi təriqətinə mənsub şəxslərin inşa etdirdiyi və
qanunsuz fəaliyyət göstərən məscid-mədrəsə aşkarlanıb.
Məscid-mədrəsənin
Telman Kazımov adlı şəxsə məxsus olduğu məlum olub. Burada 15 nəfərin yaşaması
və gecələməsi üçün bütün şərait mövcuddur.