Qadınlara verilən bu hüquqlar həm gülüş, həm də heyrət yaradır
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İndoneziyada Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrin qadınlarının yuxuda belə görə bilməyəcəyi olay baş verib
"Conversation"
portalına istinadən , İndoneziyada Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrin
qadınlarının yuxuda belə görə bilməyəcəyi
olay baş verib. Belə ki, bu ölkənin qərbində yaşayan minanqkabau xalqının
qadınları tam matriarxat rejimi yaradıblar.
Xalqın böyük
hissəsi müsəlmandır. Qadınların 95%-i hicab taxır. Şəhərlərin hər küçəsində məscidlər
mövcuddur, lakin maraqlısı budur ki, orada əsasən qadınlar namaz qılır. Kişilər
isə evdə oturmağa üstünlük verirlər. İrsi ancaq qadınlar aparır.
Toydan sonra ərlər
arvadların evinə köçür. Evin bütün maliyyə işlərinə qadın baxır. Onun icazəsi
olmadan kişi heç yerə gedə bilməz.
Qeyd edək ki,
İndoneziyanın qərbində bizneslə məşğul olanların əksədiyyəti də qadınlardır. /
Faktxəbər