header

 Cümə günü – həftə günlərinin sərvəridir

Cümə günü – həftə günlərinin sərvəridir

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü – günlərin sərvəridir. Allah yaxşılıqları onda bir neçə bərabər edər və günahları aradan aparar. Dərəcələri yuxarı qaldırar və dualar onda qəbul olar. Qəmlər aradan gedər və böyük hacətlər yerinə yetər”. (Həvzəh)

Hər bir ölkədə həftənin bir günü tətil günü olar və bu tətil gününün olması zəruridir. İslam dini bizi məcbur etmir ki, mütləq cümə gününün səhərindən axşamına qədər tətil etməliyik. “Cümə” surəsində buyurur ki, insanlar namazdan sonra öz işlərinə qayıda bilər və öz peşələri ilə məşğul ola bilərlər.

Eyni zamanda dinimiz buyurur ki, əgər bu günü tətil etsən, sileyi-rəhm etsən, ibadət etsən – savabı başqa günlərdən daha çoxdur.

Hər bir halda cümə bütün müsəlmanların ehtiram qoyduğu bir gündür və bir mömin üçün cümə günü bayram sayılır. Bəzilərinin nəzərinə görə, ona görə bu günü cümə adlandırıblar ki, insanlar namaz üçün məhz bu gündə bir yerə toplaşarlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim iman üzündən və İlahi savaba çatmaq üçün cümə namazına gedər, əməllərini başdan başlayar”. (Yəni, bütün günahları bağışlanar)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə namazı – yoxsulların həccidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim üç cümə namazını ona əhəmiyyət verməmək üzündən tərk edərsə, Allah qəlbinə möhür vurar”.

Bu günün gecə və gündüzünün əhəmiyyəti barəsində çox sayda hədislərimiz vardır və bu gün üçün çox sayda dua və ibadət tövsiyə olunmuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü – ən mühüm günlərdəndir və Allah yanında Qurban və Fitr bayramlarından da əzizdir”.

İmam Baqir (ə) buyurur: “Cümə günündə yaxşılıq və pisliklər bir neçə bərabər (hesab) olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər cümə günündə Allahın, mömin bəndələrinə kəraməti olar”.

Ən mühüm olanı isə hər bir mömin cümə günü Həzrət Məhdiyə (ə.f) və onun fərəcinin tezləşməsinə diqqət etməlidir. Bu gündə Həzrəti (ə.f) ziyarət etmək və fərəcinin tezləşməsi üçün dua etmək – müstəhəb əməllərdəndir.

Çünki hədislərimizin buyurduğuna görə, İmam (ə.f) məhz cümə günündə zühur edəcəkdir.

İmam Sadiq (ə) buyurur: “Bizim Qaim (ə.f), cümə günü qiyam edəcəkdir”.

 

Cümə günü – həftə günlərinin sərvəridir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap