header

 Tehranın cümə namazı xitabətçisi: Qan tökən islam düşmənləridir

Tehranın cümə namazı xitabətçisi deyib: İnşaallah Mosul tezliklə azad ediləcək və İraqa davamlı təhlükəsizlik qayıdacaq

Ayətullah Məhəmməd İmami Kaşani Tehranın bu həftəki cümə namazı xütbələrində deyib: Yeni Yaxın Şərq icad etmək və İraq və Suriyanı parçalamağı planlaşdıran dünyanın zalım qüvvələrinin bütün rövyalarını Allah taala və islamın şücaətli əsgərləri alt-üst etdilər. Ümid edirik ki, Allahın lütfü ilə İraq ordusu və xalq qüvvələrinin yeni qələbələrə imza atdıqları Mosul əməliyyatı tezliklə iraqlıların qələbəsi ilə bitəcək və qatil cinayətkar İŞİD və onların himayədarları məhv olacaqlar. 

Ayətullah İmami Kaşani deyib: İŞİD-i icad edən bəzi müsəlman ölkələrin kökmranlarını Allah zəlil etsin və bu fitnə onların özlərinə qayıtsın inşaallah! 

Tehranın müvəqqəti imam cüməsi dünyanın zalım qüvvələrinin həmişə islam dinini kobud göstərməyə çalışdıqlarını xatırladaraq deyib: İslam sivilizasiyası əziz islam peyğəmbərinin(s.ə) rəftar tərzini əsas götürərək böyük sivilizasiya sayılır və bütün qan tökmələr və zorakılıqlar islam düşmənlərindən mənşə alır. 

Ayətullah İmami Kaşani xalqın Ayətullah Haşimi Rəfsəncaninin dəfn mərasimindəki milyonluq iştirakına toxunaraq deyib: Bu iştirak xalqın vəhdəti və onun İran İslam Respublikası rəhbərliyinə dəstəyinin göstəricisi idi. 

Tehranın cümə namazı xitabətçisi deyib: İnşaallah Mosul tezliklə azad ediləcək və İraqa davamlı təhlükəsizlik qayıdacaq
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap