Kərbəlada uşaq teatrı üzrə beynəlxalq müsabiqə və konfrans keçiriləcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Kərbəlada uşaq teatrı üzrə III beynəlxalq müsabiqə və konfrans keçiriləcək.
Beynəlxalq
müsabiqə və konfrans uşaqların İmam Hüseynin (ə) dəyərləri ilə tərbiyələndirilməsi
məqsədi ilə mart ayının 1-də Kərbəla şəhərində keçiriləcək.
İmam Hüseyn (ə)
ziyarətgahının uşaq məsələləri üzrə məsul işçisi Məhəmməd Həsənavi deyib ki, bu
müsabiqə və konfransda iştirak etmək istəyən uşaq teatr qruplarını dəvət edirik
və onlar konfransda iştirak etmək üçün şərtlərlə tanış olmaq üçün rəsmi sayta
müraciət edə bilər.
Onun sözlərinə
görə, konfransa qatılacaq uşaq teatr qrupları İmam Hüseyn (ə) hərəkatı, bu hərəkatın
mədəni, ictimai, əxlaqi və tərbiyəvi təsiri mövzüsunda 25-35 dəqiqəlik səhnə
hazırlamalı və onu videoya çəkərək müsabiqəyə göndərməlidir.
M.Həsənavi deyib
ki, konfransa qatılmaq istəyən teatr qrupları fevral ayının 1-dək qeydiyyat
blankını doldurmalı və öz işlərinə dair CD-i ilə birlikdə göndərməlidir.
“Diqqət edilməlidir ki, bizim konfrans və müsabiqəyə göndəriləcək səhnələşdirilmiş
əsərlər digər müsabiqələrdə iştirak etməmiş olsun”.
Onun sözlərinə
görə, uşaq teatrı üzrə beynəlxalq konfransın keçirildiyi günlərdə qonaqların
yerləşdirilməsi və digər xərcləri İmam Hüseyn (ə) ziyarətgahının üzərində
olacaq.
Qaliblərə İmam
Hüseynin (ə) ziyarətgahı tərəfindən dəyərli hədiyyələr veriləcək.
Ətraflı məlumat
üçün (alhussini.mgz@gmail.com)
email ünvanı ilə əlaqə saxlaya bilərsiniz .
/ Maide