Vahabi hökumətinin gizli üzü. ikinci hissə+foto
Posted on : Azğın məzhəblər və şübhələrə cavab 10/16/2017 1:00:21 PM
“Dürrətül-Ərus” fəsad mərkəzidir
Turizm rayonu olan “Dürrətül-Ərus”u məşhur edən cəhət oraya hakim kəsilən
məhdudsuz fəsad və mədəniyyətsizlikdir. Belə ki, spirtli içki, narkomaniya,
qırmızı şənlik mərasimləri, dəlicəsinə rəqs etmək, cinsi və etik fəsadlar, daha
üstünü, müxtəlif cinayətlər, açıq-aşkar zorlamalar və zorakılıqlar bu rayonda
baş alıb gedir. Rayonda, silah daşımaq, nömrəsiz avtomobil sürmək, zorakılıq və
zorlama, müxtəlif ispirtli içkilərin və həşiş və maricuana kimi narkotik maddələrindən
istifadə edilməsi və satılması sərbəst şəkildə baş verir. Bu, Nə inki suç hesab
olunmur, üstəlik geniş təbliğ olunur. “Dürrətül-Ərus”a, bu turizm rayonuna
hakim kəsilən fəsad bununla bitmir.
Hicabsızlıq, şənliklər, kişi və qadınların birəgə mərasimləri, sərbəst cinsi əlaqə
nə inki ayıb sayılmır. Hələ desən ziyalılar bu əsasda təsləniflənir. Buna görədir
ki, illər ərzində Əmrbəməruf və nəhyəzmünkər heyətinin üzvləri, eləcə də Ərəbistanın
təhlükəsizlik və kəşfiyyat təşkilatının qüvvələrinın rayona girmək haqqı yoxdu.
Yalnız şəhərciyin açılışından on üç il sonra turistlərin və qonaqların törətdiyi
fəsaddan dilə gələn Ciddə əhalisinin təzyiqi və təkrar istəkləri nəticəsində
Əmrbəməruf və nəhyəzmünkər heyəti fəsad və islam qayda-qanunlarını qorumaq adı
ilə qəsəbəyə girmək hüququ (əlbəttə zahirdə) əldə etdi və onlar üçün 9 kvadrat
metrlik bir ofis ayrıldı ki, yalnız iki nəfər müftiyə idarə edicilik və tətbiq
səlahiyyəti veridi. Deyildiyi kimi sərbəst cinsi əlaqə etik fəsadın qabarıq
nümunələrindən biridir. Bu əlaqə orada nə inki, sərbəst şəkildə yaradılır, həm
də ictimaiyyətin gözü qarşısında baş verir. Rayonun məsulları isə nə inki bu
işlərə mane olmur, üstəlik özləri fəsad və fahişəlik şəbəkələri yaratmaqla
çoxlu gəlir əldə etmiş və böyük sərvət sahibi olmuşlar.