header

 Dünyanın bəzi siyasi rəsmilərinin başsağlığı müraciətləri davam edir

Polşa və Tatarıstan Muxtar Respublikasının prezidentləri, həmçinin dünyanın bəzi siyasi rəsmiləri dünən İran İslam Respublikası Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibətilə İranın dövləti və xalqına başsağlığı veriblər.

IRNA-nın məlumatına görə, Polşa prezidenti Andrey Duda öz müraciətində Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibətilə İran prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

 

Polşa prezidentinin başsağlığı müraciətində Ayətullah Haşimi Rəfsəncani yaddaşlarda qalacaq ən möhtərəm rəsmilərdən və ən sevimli siyasi xadimlərdən biri kimi qeyd olunub.

 

Tatarıstan Muxtar Respublikasının prezidenti Rüstəm Minixanov da İran prezidenti Həsən Ruhaniyə ünvanladığı müraciətində yazıb: İranın ən görkəmli siyasi simalarından biri olan Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibətilə dərin hüznlə başsağlığı verirəm.

 

Həmçinin çərşənbə günü müxtəlif ölkələrdə dünyanın siyasi və mədəni rəsmilərinin geniş iştirakı ilə Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərinin imzalanması mərasimləri keçirilib.

 

Gürcüsanın baş naziri Gerorgi Kevirikaşvili İranın Tiflisdəki səfirliyinə gələrək, Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıb.

 

Həmçinin Kiprin müdafiə naziri İranın Nikoziyadakı səfirliyinə gəlib, İranın dövləti və xalqına başsağlığı verərək, Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıb.

 

MAQATE-nin baş direktoru Yukiya Amano da dünən axşam İranın Vyanadakı səfirliyinə gəlib, Ayətullah Haşimi Rəfsəncaninin vəfatı münasibətilə İranın dövləti və xalqına başsağlığı verərək, onun xatirə dəftərini imzalayıb.

 

İngiltərədəki səfirliklərin nümayəndələri və səfirlərindən bir qrupu da İranın Londondakı səfirliyində olub, Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayaraq, onun dərəcəsi və şəxsiyyətinə hörmət ifadə edibdir.

 

İranın Küveytdəki səfirliyində də bu ölkənin tanınmış şəxsiyyətlərinin iştirakı ilə Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərinin imzalanması mərasimi keçirilib.

 

Həmçinin bir qrup kubalı rəsmi şəxs, o sıradan bu ölkənin vitse-prezidenti Havanada Ayətullah Haşimi Rəfsəncaninin xatirə dəftərini imzalayıbdır.

 

Ayətullah Haşimi Rəfsəncaninin cənazəsi çərşənbə axşamı günü İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in pak hərəmində dəfn olunub.

 

İran İslam Respublikası Məsləhət Şurasının mərhum sədri bazar günü gecə ürək çatışmazlığı üzündən Tehran xəstəxanalarından birində vəfat etdi.

Polşa və Tatarıstan Muxtar Respublikasının prezidentləri, həmçinin dünyanın bəzi siyasi rəsmiləri dünən İran İslam Respublikası Məsləhət Şurasının mərhum sədri Ayətullah Haşimi Rəfsəncaninin vəfat etməsi münasibətilə İranın dövləti və xalqına başsağlığı veriblər.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap