Allah günahkarların olduğu cəmiyyətə niyə dərhal əzab göndərmir?
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Bu Allahın yer üzündə bir sünnətidir ki, insanlar günah etdikdə dərhal cəzalandırılmırlar. Onların cəzalanması bir müddət təxirə salınır ya da qiyamətə qalır. Bunun səbəbi nədir?
Bu Allahın yer üzündə bir sünnətidir ki, insanlar günah
etdikdə dərhal cəzalandırılmırlar. Onların cəzalanması ya bir müddət təxirə
salınır ya da qiyamətə qalır. Bunun səbəbi nədir?
Məhəmməd Peyğəmbər buyurub:
“Yunis Peyğəmbər qövmünün ona cavab vermədiyini və iman gətirmədiyini
görəndə səbir kasası daşdı və fəryad etdi. Buna görə Allaha şikayət etdi. Şikayət
edərək deyirdi: Ey rəbbim! Sən məni qövmümə göndərdin. Mən onların arasında
yaşadım. Onları iman gətirməyə və elçiliyi təsdiq etməyə çağırdım. Onları 33 il
ərzində sənin əzabından və verəcəyin cəzalardan qorxutdum. Amma onlar məni təkzib
etdilər və iman gətirmədilər. Peyğəmbərliyimi inkar edib belə bir məsələyə səhlənkar
yanaşdılar. Mənə xəbərdarlıq etdilər və indi də qorxuram məni öldürsünlər.
İlahi göndər bunlara öz bəlanı! Onlar iman gətirən deyillər.
Bu zaman Allah Yunisə vəhy etdi: Onların arasında hamilə
qadın və körpələr var. Onların arasında ahıl qocalar, zəif qadınlar və miskin
yoxsullar var. Mən adil hakiməm. Mənim mərhəmətim qəzəbimdən öndədir. Mən sənin
qövmünün kiçiklərinə böyüklərin günahına görə əzab vermirəm. Onlar hamısı mənim
yaratdıqlarımdır. Onlar mənin ərazimdə və mənim himayəmdədirlər. İstəyirəm
onlarla bağlı səbirli olum, onlara şəfqət göstərim və tövbələrini gözləyim.”