header

 Qüdsdə yük maşını ilə hücum; 4 İsrail əsgəri öldü - Video

Qüdsdə ötən gün yük maşını ilə təşkil olunan hücumda 4 İsrail əsgəri ölüb, 14 nəfər yaralanıb

İsrail Radiosuna danışan bir polis rəsmisi hadisənin terror aktı olduğunu bildirib. Xəbərə görə, yük maşının sürücüsü hadisə yerində vuruldu.

 

Polis rəsmisi ölənlərin 3-nün qadın, 1-nin kişi olduğunu bildirib. Polis həyatını itirənlərin 20 yaşlarda olduğunu da qeyd edib.

 

Baş nazir Binyamin Netanyahu "Hücumu törədən şəxsinn kimliyini və yaşadığı yeri müəyyən etmişik. Bütün göstəricilər İŞİD-ə işarə edir. Fələstində yaşadığı Cəbəl Mukabər bölgəsini də nəzarət altına aldıq. Başqa tədnirlər də görürük", - sözlərini dilə gətirib.

 

İsrailli polis rəsmisi Luba Samri Qüdsdə yük maşınını əsgərlərin üstünə sürərək, onlardan 4 nəfərini öldürən Fadi Kunbarın Şərqi Qüdsdəki Cəbəl Mukabər məhəlləsindən olduğunu açıqlayıb və 5-i Kunbarın ailəsindən olmaq üzrə 9 adamın nəzarətə götürüldüyünü bildirib.

 

Fələstinli müqavimət qrupları HƏMAS, "İslami Cihad", "Əqsa Şəhidləri Briqadası" və "Fələstin Xalq Cəbhəsi" işğal altındakı Şərqi Qüdsün cənubunda 4 İsrail əsgərlərinin ölümünə yol açan hücumu təbrik edən bəyanatlar verib. /eastnews



Qüdsdə ötən gün yük maşını ilə təşkil olunan hücumda 4 İsrail əsgəri ölüb, 14 nəfər yaralanıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap