header

 İnsanların dualarının qəbul olmasının qarşısını alan şəxs

Bu kimi şəxslərin ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz

Bəzi şəxslərin ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz. O şəxs kimdir və hansı əməlin sahibidir?

 

Biharul-Ənvar əsərində (c-75, səh-268) Peyğəmbərdən nəql olunan hədisdə deyilir:

 

“Məhəmməd Peyğəmbər buyurub:  Qıtlıq və susuzluq düşəndə Musa Bəni-İsrail üçün dua edib, yağış istədi. Allah ona belə vəhy etdi: Mən sənin duanı qəbul etməyəcəyəm, sənlə birgə olanların dualarını da qəbul etməyəcəyəm, madam ki sizin aranızda söz gəzdirən və ara vuranlar var.”

 

Sual yarana bilər ki, Allah Quranda buyurur ki, hər kəs öz etdiyi əməllərə cavabdehdir, belə olan halda niyə bir qrup camaatın duası bir sözgəzdirənə görə qəbul olmamalıdır.

 

Ola bilər ki camaatın dualarının qəbul olmaması bu sözgəzdirən insana qarşı "Pis işdən çəkindirmək" prinsipinin həyata keçirilməməsi nəticəsində və sözügedən günahkarın günahını davam etməsinin sayəsində həyata keçir.

 

Quranda bu haqda oxşar ayələr də var. Məsələn Ənfal surəsinin 25-ci ayəsində buyurulur:

 

"Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!"

 

Yəni bəla gəldikdə təkcə zalımları tutmayacaq və yaş da qurunun hesabına yanacaq. Allahın bu sünnəti bu dünyaya aiddir. / İslaminSesi

Bu kimi şəxslərin ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap