Siyasətin Ayətullahı; Haşemi Rəfsəncaninin həyat yolu
Posted on : iran 10/16/2017 1:00:21 PM
Siyasətin Ayətullahı; Haşemi Rəfsəncaninin həyat yolu
Rəfsəncani
1934-ci ildə İranın Kirman vilayətinin Rəfsəncan rayonunda dünyaya gəlib.
O, İranın
dördüncü prezidenti, Xobreqan Məclisinin sədri, Məsləhət Şurasının sədri,
İranın Silahlı Qüvvələrinin müavini, Ölkənin Müdafiəsi Ali Şurasının sədri,
daxili işlər naziri və sair mühüm vəzifələri öhdəsinə götürüb.
Ayətullah Musəvi
Xomeyni vəfat etdikdən sonra onu müasir İranın yenidənqurması, ölkə
iqtisadiyyatının dirçəlməsi, xarici siyasətin balanslaşdırılması siyasətini öhdəsinə
götürən ən öncül şəxs hesab etmək olar.
Rəfsəncani 16
yaşında - 1948-ci ildə müqəddəs Qum şəhərinə dini təhsil almağa gedib. Burada
o, dini təhsillə bərabər, siyasi dünyagörüşünü artırıb. O, savadı və bacarığı
ilə irəliləməyi bacardı və 1958-ci ildə Iranın birinci dini lideri Ayətullah
Ruhullah Musəvi Xomeyninin müridi oldu.
Haşemi Əkbər Rəfsəncani
da diktator Rza Şah Pəhləvinin siyasətinə qarşı çıxdı. Ayətullah Musəvi Xomeyni
1964-cü ildə sürgün edildi. İslam inqilabına qədər Rəfsancani 15 il içində 5 dəfə
həbs edildi.
1979-cu ildə
İslam inqilabı nəticəsində şah ölkədən qaçdı və Ayətullah Musəvi Xomeyni ölkəyə
qayıtdı. Haşemi 1979-1980cı illərdə daxili işlər naziri oldu. 1980-ci ildə ona
qarşı olan sui-qəsd uğursuzluqla nəticələndi. Ayətullah Musəvi Xomeyninin sağ əlinə
çevrilən Rəfsəncani 1980-1989-cu illərdə parlamentdə spikerlik vəzifəsini
tutdu. 1980-1988-ci il İraq-Iran müharibəsində sülh əldə edilməsində böyük rol
oynadı.
1989-cu il iyun
ayında Ayətullah Ruhullah Xomeyninin vəfatından və Ayətullah Seyyid Əli
Xamneyinin prezidentliyindən (1980-1989) sonra İranın dövlət başçısı oldu. Ayətullah
Seyyid Əli Xamneyi isə İslam İnqilabının Ali lideri oldu.
Rəfsəncani
konservativ və praqmatik siyasət yürütdü, qonşularla, keçmiş SSRİ və ərəb ölkələri
ilə normal münasibətlər qurdu. Ancaq ABŞ ilə heç münasibət qurulmadı və bir neçə
Qərb ölkəsi ilə məhdud münasibətlər yaradıldı.
Heşmi Rəfsəncani
ABŞ banklarında dondurulan milyardlarla dolların İrana qaytarılmasında və
İranın daxilində uzunmüddətli və qısamüddətli iqtisadi infrastruktur lahiyələrin
həyata keçirən ən öncül şəxsdir.
O Livanda
tutulan ABŞ əsgərlərinin azad edilməsi və İranın bəzi dondurulmuş pullarının
geri qaytarılması danışıqlarında da açar rolunu oynayıb.
Rəfsəncani,
1993-ci ildə yenidən dövlət başçısı seçildi. 1997-ci ildə seçkiyə qatılmadı.
Amma 2005-də İrandakı prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə
onu qabaqladı.
O, praqmatik
konservativ siyasətçi kimi tanınır. O, azad bazar pozisiyasını dəstəkləyirdi.
Rəfsəncani evli
və 5 övladı - 3 oğlu və 2 qızı var idi.
İranda siyasətin
və iqtisadiyyatın Ayətullahı kimi tanınan Haşemi Rəfsəncani ürək problemi ilə 7
dekabrda xəstəxanaya yerləşdirilmiş, ancaq 8 dekabr 2017-ci ildə 82 yaşında vəfat
etmişdir./ İslaminSesi