Seyid Nəsrullahın köməkçisi: Hələb qələbəsi bizə İlahi hədiyyə idi...
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
“Hizbullah”-ın baş katib müavini Suriyanın Hələb şəhərinin azad olunmasından danışıb
“Al Alam”-ə istinadən, Hələb
şəhərinin azad olunmasını İlahi lütf və hədiyyə adlandıran Şeyx Nəim Qasim
bildirib: “Suriya və “Hizbullah” qüvvələri çox güclü silahlara sahib
olan terrorçulara qalib gəldi. Bu qüvvələr iman və güclü iradə ilə Hələb
əməliyyatının bütün hesablamalarını dəyişdi. Bu qələbə, təkfirçilərlə
mübarizədə dözüm göstərdiyimizə və şəhidlərin qanı bahasına əldə olunan İlahi
hədiyyə idi. Biz Suriya böhranının siyasi yollarla həllinin daim tərəfdarı
olmuşuq.” / İslamazeri.az