header

 Səudiyyə Ərəbistanının terrorizmi himayəsi regionu hərc-mərcliyə sürükləyib

Səudiyyə Ərəbistanı təkfirçi və terrorçu qruplara dəstək verərək regionu hərc-mərcliyə sürükləyib

İİR XİN sözçüsü Bəhram Qasimi dünən gecə deyib: Rəftarında dəyişiklik etməsinin beynəlxalq sülh və sakitlik üçün zərurət daşıdığı oyunçulardan biri də Səudiyyə Ərəbistanıdır.

 

Qasimi təkfirçi terrorizmin vəhhabilik düşüncəsindən mənşə aldığına şübhə olmadığını xatırladaraq deyib: Səudiyyə Ərəbistanı bir tərəfdən Suriya, İraq və Yəmən xalqlarına qarşı qanlı cinayətlərin səbəbkarıdır, digər tərəfdən isə sionist rejim ilə əlbir olduğuna görə müsəlmanlar xüsusi ilə də ərəb dünyası və Fələstin amallarına qarşı xəyanət etmişdir.

 

İİR XİN sözçüsü deyib: Qərbin kəşfiyyat təşkilatlarının hesabatlarında Səudiyyə Ərəbistanı ilə dünyanın hər bir yerində fəaliyyət göstərən təkfirçi ifratçılar arasında mütəşəkkil və mənalı əlaqənin olduğu öz sübutunu tapıb və görünən odur ki, Səudiyyənin müdafiə naziri kəşfiyyat ifşaçılıqlarından yayınmağa cəhd göstərir.

 

Qasimi deyib: Səudiyyə Ərəbistanının başçıları bu kimi nəticəsiz yayındırmalar yerinə yaxşı olar öz rəftarları və metodlarında dəyişiklik etsin və təxribatçı hərəkətlər və siyasətlərinin ağır nəticələrini düşünsünlər.

 

Səudiyyə Ərəbistanının müdafiə naziri və vəliəhdinin canişini Məhəmməd Bin Salman Amerikanın Foreign Policy qəzetinə verdiyi müsahibədə belə bir iddia səsləndirib: " İran üç əsas məsələ yəni sərhədsiz ideologiya, qeyri-stabillik və terrorizmi təmsil edir."

Səudiyyə Ərəbistanı təkfirçi və terrorçu qruplara dəstək verərək regionu hərc-mərcliyə sürükləyib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap