Azərbaycan Respublikası əhalisi dövlətin zorla qəbul etdirdiyi və saxta kimlikdən qaçır
Posted on : Video 10/16/2017 1:00:21 PM
31 dekabr hadisəsinə etinasızlıq və 19 yanvarın qarşılanması
Tashaio.com- Azərbaycan Respublikası yetmiş ildən çox ateist və kommunist
hakimiyyəti altında yaşadı. Bu hökumət müsəlmanlara dini mərasimlərini icra etmək
üçün də icazə vermirdi. Bundan bezmiş Azərbaycan xalqı 1990-cı il, 19 yanvar
çox soyuq bir qış günündə Araz çayının sahilində toplaşdı, Allahu Əkbər, La
ilahə illəllah şüarları səsləndirərək sovet hökumətinin sərhəd maneələrini və
tikanlı məftillərini adlayaraq özlərini Arazın soyuq və buz bağlamış suyuna
vuraraq İran torpağına ayaq basdılar, İran İslam Respublikasının müqəddəs
torpağını öpdülər, bu torpağa baş qoyaraq şükür səcdəsi yerinə yetirdilər. Uzun
illər boyu din və məsciddən uzaq saxlanılmış insanlar məcsidlərə tərəf
axışdılar, Quranları və İmam Hüseyn (ə) bayraqlarını sinələrinə sıxdılar. İrana
ayaq basmış bu insanlar imperiya müqaviləsinin tamam olduğu və öz ana vətənlərinə
qovuşmaları hissiyaşayırdılar. Şübhəsiz, azəri müsəlmanlarının bu hərəkəti
onların ürəklərinin dərinliklərində gizlənmiş dini inanclara və əsilliyə
qayıdışı göstərirdi. Bu hislər birdən birə zühur etdi, onları öz dini, milli mədəniyyət
və kimliyə qayıdış yolunda qərar verdi. Ancaq onların şücaət və qəhramanlıq
hislərinin büruz etməsi kommunist rejimi tərəfindən cavabsız qalmadı. 20 yanvar
günü kommunist ordusu Bakının müsəlman, məzlum və müdafiəsiz əhalisinə hücum edərək
onlardan bərk intiqam aldı. Ancaq bu böyük hadisə “Dünya Müsəlman Azəriləri
Günü” kimi həmişəlik olaraq tarixə düşdü və Azərbaycanın inanclı müsəlman
xalqının iftixar sənədi kimi qeyd olundu. Lakin, o zaman Naxçıvan MR-nın Ali
Şurasının sədri olan Heydər Əliyev Azərbaycan Respublikasının müsəlman əhalisinin
gələcək istəklərini proqnozlaşdıraraq 1993-cü ildə Bakıya daxil olduğu ilk günlərdə
31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü adlandırdı. Bu xaincəsinə və
saxta tarixdən 23 il ötməsindən sonra 2016-cı ildə Azərbaycan Respublikasının
prezidenti İlham Əliyev 31 dekabr münasibətilə bəyanat verərək özünü bütün
dünya azərilərinin rəhbəri adlandırıb! Azərbaycan Respublikasının prezidentinin
son günlərdə dünya azərilərini bu ölkənin maraqlarını təmin etməyə təlaş etmək
üçün təhrikedici çağırışı elə bir halda baş verir ki, əgər o, bir ölkənin ən
yüksək səviyyəli rəhbəri olaraq tarixə nəzər salsaydı və elə də uzaq olmayan
zamanda Azərbaycanın İranın ərazisi olduğunu mütaliə etsəydi, sözsüz ki, etnik
mənsubiyyət məsələlərinə daxil olmazdı. Həqiqət budur ki, Azərbaycan Respublikasının
dövlət adamları 31 dekabrı dünya azərbaycanlılarının həmrəylik günü kimi
simvolik elanları ilə Azərbaycan Respublikası xalqının İslam və İranla tarixi və
mədəni bağlılıq hərəkətlərini təhrif etdilər. 31 dekabrın xristian dünyasının
yeni ili ilə eyni vaxta düşdüyü və bir tərəfdən də Rusiya çarlığı və kommunist
hakimiyyəti tərəfindən yeni milad ilinin gəlişinin Azərbaycan xalqının mədəniyyətinə
yeridildiyi üzündən ölkə əhalisinin kortəbii olaraq bu günü qarşılayaraq tətil
etməsinə rəğmən Azərbaycan Respublikasının Milli Məclisi və dövləti həmin günü
dünya azərbaycanlılarının həmrəylik günü adı ilə ölkənin rəsmi təqviminə salmış
və “milli” bir gün kimi təqdim etmişdir.
Üstəlik, bu ölkənin müxtəlif dövrlərə aid olan tarix dərsliklərində də İran və daima
İran ərazisinin bir hissəsi olmuş Arazın şimal sahili ilə bağlı təhrif edilmiş
tarix yer alaraq Azərbaycan Respublikasının uşaqlarına, yeniyetmələrinə və gənclərinə
sırınmışdır. Ancaq diqqəti çəkən məsəslə budur ki, Azərbaycan Respublikasının
dövlət adamlarının tarixi təhrif etmək, bu diyarın xalqını öz həqiqi kimliklərindən
uzaq saxlamaq üçün etdiyi bu təlaşlarına baxmayaraq dünyanın müxtəlif yerlərində
yaşayan azəriləri bu saxta tarixləri qəbul etməmişdir. Xüsusilə də 31 dekabrın
tarixi və əqli bir əsası olmadığı və qondarma mahiyyətə söykəndiyindən azərilər,
əsasən də azəri mütəfəkkrlər və ziyalılar tərəfindən qarşılanmamışdır. Amma
bunun əvəzində tarixi və əqli dəstəyi olan 19 yanvar Dünya Müsəlman Azərilər
Gününü qarşılamış və müxtəlif məqalələrində onu tarixdə dönüş nöqtəsi kimi
xatırlayıblar, Azərbaycanın müsəlman əhalisinin iftixar sənədi bilmişlər. Hər
halda Azərbaycan dövləti bu günlərdə xalqın dini inancarını onların əlindən
alaraq qərb mədəniyyətini sırımaq istəsə də bu ölkə xalqı hər gün qabaqkından
daha artıq İslam dəyərlərinə təmayül göstərir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır