Daha bir İŞİD lideri öldürüldü
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Daha bir İŞİD lideri öldürüldü
ABŞ Müdafiə
Nazirliyi İŞİD liderlərindən Mahmud əl-İsəvinin Raqqa yaxınlığında öldürüldüyünü
bildirib. Terror təşkilatının kəşfiyyat və media quruculuğunda yer alan İsəvinin
ABŞ rəhbərliyindəki koalisiyanın həyata keçirdiyi hava hücumunda öldürüldüyü
qeyd edilib.
ABŞ Mərkəzi
Qüvvələr Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada "Suriya əsilli
İŞİD lideri 31 dekabrda Raqqa yaxınlığında təşkil olunan hava hücumunda
öldürülüb", - deyə bildirilib. İsəvinin Fəllucadan Raqqaya keçməzdən əvvəl
İŞİD-in media və kəşfiyyat quruculuğunda fəaliyyət göstərdiyi, təşkilat
daxilində tapşırıqlar və təbliğat materiallarının yayılmasından məsul olduğu
qeyd edilib.
Xarici əməliyyatları
koordinasiya edən təşkilat nümayəndələri ilə regionlararası səyahət etdiyi
bildirilən İsəvinin 2 noyabrda öldürülən İŞİD-in Yaxın Şərqdən kənar şəbəkələri
üzrə əmiri Əbd əl-Basir əl-İraqiylə yaxın əlaqəsinin olduğu bildirilib.
CENTCOM-un açıqlamasında bu sözlərə yer verilib:
"İsəvi
2016-cı ildə koalisiya tərəfindən təşkilatın xarici əməliyyatları şəbəkəsindən
öldürülən on altıncı liderdir. İŞİD-in terror hücumlarını planlaşdıran liderlərinin
ard-arda öldürülmüş olması ilə yanaşı onun da öldürülməsi təşkilatın
regionlararası terror hücumlarını daha da gerilədib. Koalisiya müttəfiq və
koalisiya tərəfdaşları olan ölkələrdə terror aktı planlaşdıran İŞİD liderlərini
təqib edib, zərərsizləşdirməyə davam edəcək". /eastnews