header

 ABŞ hava limanında silahlı hücum; 5 ölü - Video

ABŞ hava limanında silahlı hücum; 5 ölü - Video

ABŞ-ın Florida ştatındakı Fort Loderdeyl-Hollivud Hava Limanında baş verən silahlı hücumda həyatını itirənlərin sayının 5-ə yüksəldiyi, 8 nəfərin də yaralandığı bildirilib.

 

Brovard Kanti şerifi Skot İsrael keçirdiyi mətbuat konfransında tək olduğunu düşündükləri şəxsin silahından çıxan güllələr nəticəsində 5 nəfərin həyatını itirdiyini, yaralanan 8 nəfər isə xəstəxanaya çatdırıldığını söyləyib.

 

İsrael hadisəyə "terror aktı" demək üçün erkən olduğunu qeyd edib.

 

Amerika mediasında yer alan xəbərlərdə isə silahlının adının Esteban Santyaqo (26) olduğu və yaxalandığı zaman yanında ordu kimliyi olduğu məlumatı verilib.

 

Daha əvvəl ABŞ ordusunda xidmət etdiyi və İraqda olduğu qeyd edilən Santyaqonun Floridaya Alyaskadan gəldiyi və baqaj alımı əsnasında hücumu həyata keçirdiyi qeyd olunub.

 

Florida yerli mətbuatı Fort Loderdeyl-Hollivud Hava Limanında silahlı hücum olduğunu, ilkin versiyalara görə, azı 3 adamın öldüyünü və azı 5 adamın yaralandığını bildirmişdi. Terminal 2-nin baqaj təhvili hissəsindəki hadisədən sonra sərnişinləri təxliyyə edən polislərin silahlını nəzarətə götürdüyü qeyd edilmişdi. /eastnews



ABŞ hava limanında silahlı hücum; 5 ölü - Video
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap