İraq ordusu çeçen İŞİD-çilərin Mosuldakı bazasını tutublar - FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İraq ordusu İŞİD terror qruplaşmasına daxil olan çeçenlərin Mosuldakı qərargahını ələ keçiriblər.
"Qərargahda İŞİD terrorçularının Mosulun müxtəlif rayonlarında keçirdikləri əməliyyatların xəritəsi və partlayıcı quraşdırılmış çoxlu sayda kəmər aşkarlanıb", - deyə əməliyyata rəhbərlik edən İraq ordusunun komandiri Raid Şakir Cövdət bildirib.
Silahlı qüvvələr həmçinin Əl-Qafran yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.
Xatırladaq ki, Mosulun azad edilməsi əməliyyatı ötən ilin oktyabr ayından davam edir. Əməliyyatda İraq ordusu ilə bərabər kürd könüllüləri, müxtəlif millətlərdən və məzhəblərdən ibarət Haşdi-Şabi qüvvələri iştirak edirlər. /Faktxeber
|