Səud rejimi Yəməndə məscid və məktəbi bombardman etdi
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Səudiyyə Ərəbistanı günahsız Yəmən xalqını kütləvi şəkildə qırmağa davam edir.
Səudiyyə Ərəbistanı
rejiminin aviasiyası Yəmən xalqını kütləvi şəkildə öldürməyə davam edir. Ötən
gün Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Səna şəhərinə etdiyi hava təcavüzü
zamanı 12 nəfər dünyasını dəyişib.
Səud aviasiyası
Səna şəhərində yerləşən Hüseyn ben Əli adına məktəb və yaxınlıqdakı məscidə 2 zərbə
endirib. Nəticədə 9 nəfər həyatını itirib. 3-cü hava zərbəsi isə tibb işçilərini
daşıyan avtomobilə endirilib: 3 nəfər həlak olub. / İslamazeri