header

 Andrey Karlovun terror edilməsində CİA-n rolu

CİA-ın qabaqkı müavini Rusiya səfiri terror edilməzdən bir həftə qabaq V. Putini hədələmişdi

Maykl Morel Rusiya səfirinin Ankarada terror edilməsindən bir həftə qabaq Uaşinqtonun Putinə Amerikanın president seçkisində iddia edilən müdaxiləsinə acı cavab verməsini istəmişdi. Rusiya səfirinin Ankarada terror edilməsindən 6 gün əvvəl CİA-ın keçmiş müavinlərindən Maykl Morel (iki dəfə CİA-a müvəqqəti sədr olmuşdur) Amerika dövlətindən istəmişdi ki, Rusiyanın Amerika seçkisində iddia edilən müdaxiləsinə əvəzçıxma reaksiya versin. Bu reaksiya həm “aşkar”, həm də “Putin üçün acı” olmalıdır. Nəzərə almalıyıq ki, Amerika dövlətinin Moskvanın seçki müdaxiləsi saxta bir ittihamdan başqa bir şey deyildi. Çünki, indiyə kimi ümumi ictimaiyyətə qəbul ediləsi bir fakt verilməmişdir. Əslində bu iddia Uaşinqtonun Moskavadan şeytan yaratma planını həyata keçirən son cəhdidir. Bu iddia əslində Amerika və onun müttəfiqlərinin Suriyada Moskva-Dimeşq-Tehran koalisiyası tərəfindən məğlubiyyətə uğramasının nəticəsidir. Morel isə buna görə Rusiyadan intiqam almağın tərəfdarıdır ki, Kreml cəsarət göstərib Asiyanın qərb regionunda Uaşinqtonun qarşısında dayanaraq onun planlarını pozmuşdur. Rusiyanın Amerika seçkisində müdaxilə iddiası isə bəhanədən başqa bir şey deyildir. 13 dekabrda Atlantik şurası liberal fikir ocağının internet saytına müsahibə verən CİA-ın keçmiş müavini demişdir: Amerikanın Rusiyaya cavabı dayandırma funksiyasına malik olmaq üçün iki cəhətə riayət edilməlidir: 1, cavab aşkar olmalıdır, müşahidə edilməlidir. 2, Putin üçün acı olmalıdır. Rusiyanın işlərinə verilən cavabın məsuliyyəti Obama dövlətinin üzərinə düşür, çünki onların nəzarəti altında həyata keçirilir. Mən bu reaksiyanın keçid mərhələsinə (indiki və gələcək dövlət arasında) ilişərək həyata keçirilməməsindən bir az nigəranam. Amerikanın 12 oktiyabr 2000-ci ildəki USSkol gəmisindəki terror partlayış aktı da Klinton-Buş dövlətinin keçidində ilişib qaldı. Ola bilrə ki, Rusiya səfirinin terror edilməsinin Morelin fikrinə dəxli olmasın və Karlova açılan atəş Suriya üsyançılarının xeyrinə, Rusiyanın hərbi əməliyyatından intiqam almaq üçün və CİA-ın xəbəri olmadan baş versin. Lakin hətta belə olsa da onların bir-birilə əlaqədar olması ehtimalı vardır və CİA digər informasiya agentlikləri ilə birlikdə müəyyən rol oynaya bilər. Rusiya federasiyası təhlükəsizlik şurasının və müdafiə komitəsinin birinci müavini Frants Klintsoviç belə bir ehtimal irəli sürmüşdür ki, Qərb NATOnun gizli təşkilatlarına aid amillərin vasitəsilə Karlovun terror edilməsində müdaxilə etmişdir.  Morelin sözləri Qərb fikir ocaqlarının daxili halqalarında gedən mübahisəni aydın göstərir. Kəskinliklə demək olar ki, bu terror həm aşkar, həm də Putin üçün acı idi. Çünki ümumi bir yığıncaqda, onlarla müxbirlərin və kameraların gözü qarşısında baş verdi və eyni halda mərhum Karlovun özü Rusiya prezidenti ilə yaxın və şəxsi əlaqədə idi. Vladimir Putin Verdiyi bəyaniyyədə Karlovun terroruna reaksiya verərək yazmışdır: “səfir Karlov xoşqəlb bir insan idi. Mən onu şəxsən tanıyırdım, demək mənim bu sözlərim yalnız eşittdiklərimə əsaslanmır. Ötən ilin payızında Türkiyəyə səfərim zamanı o, mənimlə oldu. Bu qətl Rusiya-Türkiyə arasında əlaqələrin yaxşılaşmaqda olan prosesində fitnə tödətmək, Rusiya, Türkiyə, İran və Suriya münaqişəsinin həllini istəyən digər ölkələrin istədiyi sülh prosesini təxrib etmək üçündür. R. T. Ərdoğan da bu terror fitnə hesab edərək saxta bayraq altında olan bir hücum kimi qiymətləndirmişdir. 2015-ci ilin noyabrında Rusiya qırıcısının vurulması ilə əlaqədar Ərdoğanın Putindən üzr istəməsindən etibarən Moskva və Ankara keçmiş əlaqələrini bərpa etməyə çalışmışlar. Bu istiqamət həmişə uyğun olmasa da iki ölkənin siyasi əlaqələri ötən noyabr ayı ilə müqayisədə xeyli yaxşılaşmışdır. Türkiyə boru kəməri proyetinə dair (bu kəmər Rusiya qazını qaradəniz yolu ilə Türkiyəyə və ehtimal üzrə şərqi Avropaya çatdıracaq) razılaşma həmin əlaqələrin yaxşılaşmasının nişanəsidir. Moskav-Ankara və Tehran Suriya haqqında birgə nəticəyə çatsalar, Türkiyənin indiyə kimi oynadığı təxribedici və üsyançıları silah-sursatla təchiz etmə rolu dayanacaq və Suriya böhranının sonu daha da yaxınlaşacaqdır. Bu da CİA və Qərbin digər informasiya agentlikləri üçün Moskva-Ankara arasındakı yaxınlaşmanı təxrib etmək Mosva-Tehran-Ankaranın ehtimali ittifaqına mane olmaq üçün aydın bir amildir. Bundan əlavə Terror aktı bu agentliklərin Putinə “onun yaxınlarını asanlıqla öldürmək olar” mesajını çatdırmaqdır. Unutmamalıyıq ki, misal üçün sentiyabr ayında Putinin etimad etdiyi şəxsi sürücüsü qeyri-adi bir avtomobil qəzasında ölmüşdü. Qaynaq: qlobal reserç

CİA-ın qabaqkı müavini Rusiya səfiri terror edilməzdən bir həftə qabaq V. Putini hədələmişdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:21 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap