Dindar və şəhid yetişdirən Ərdəbil əhalisinin Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərini pisləməsi haqqında bəyanatı
Posted on : Video 10/16/2017 1:00:20 PM
Yəhudiləri və müşrikləri imangətirənlərin ən pis düşməni olduğunu görəcəksən
Bismillahir-rəhmanir-rəhim
Yəhudiləri və müşrikləri imangətirənlərin
ən pis düşməni olduğunu görəcəksən. (Maidə surəsi, ayə 82)
İran İslam Respublikasının banisi həzrət
İmam Xomeyni (rh) sionist rejimlə münasibəti haram və İslamla müxalifət
adlandırır. Dünya Müsəlmanlarının Vəliyyi-əmri də buyurmuşdur ki, Allahın
tövfiq və inayəti ilə 25 ildən sonra regionda sionist rejimi mövcud olmayacaq.
Biz Ərdəbil əyalətinin müsəlman əhalisi
Azərbaycan Respublikası hökumətindən istəyirik ki, sionist rejimin baş naziri
Benyamin Netanyahunun bu ölkəyə səfərini ləğv etsinlər.
Qüdsü işğal edən rejim Azərbaycan
Respublikasının neftinin 30 faizinə sahiblik edir, bu ölkədə xoşagəlməz sosial
durum yaradır, beynəlxalq səviyyədə Azərbaycanı dəstəkləmir, üstəlik, onun ərazi
bütövlüyünün əleyhinə səs verir. Belə bir imperialist rejimin rəhbərinin Azərbaycan
Respublikasına səfəri bu ölkənin təkcə İslam dünyası ilə münasibətlərində
deyil, hətta, öz qonşuları ilə də münasibətlərində ciddi problemlər yaradacaq.
Azərbaycan Respublikasında islami təzahürlərin
bərpa olunduğu, xalqın cinayətkar sionist rejiminə qarşı nifrətinin pik həddə
çatdığı, məhdudiyyətlərə baxmayaraq məhərrəm ayının mərasimlərini əzəmətlə
keçirdiyi, Ərbəin yürüşündə 17 min zəvvar iştirak etdiyi bir halda düşünülməmiş
hərəkətə yol verərək cinayətkar sionist rejimin baş nazirini bu ölkəyə dəvət
etmək, ölkə xalqına istehza etmək, onun hüquq və istəklərini tapdalamaqdır.
Ona görə də biz Ərdəbilin müsəlman və
dindar əhalisi elan edirik:
1. Fələstininin məzlum və müsəlman
xalqının qatili işğalçı sionist rejimin baş nazirinin mənfur və insanlığa qarşı
sima olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının rəhbərlərindən istəyirik
ki, onun bu ölkəyə səfərini ləğv etsin və öz müsəlman xalqını bundan artıq
incitməsinlər.
2. İran İslam Respublikasının Azərbaycan
Respublikası ilə dostcasına siyasətləri və onu qeydsiz-şərtsiz dəstəkləməsinə
baxmayaraq, müsəlmanların and içmiş düşməni ilə əməkdaşlıq siyasəti aparılır,
uşaq qatili olan rejimin baş nazirinin bu ölkəyə səfərinə icazə verilir. Biz,
Azərbaycan Respublikasının müsəlman və məzlum xalqını dəstəkləməklə yanaşı bu
ölkədə dövlətin islamofibiya siyasətlərinə qarşı nifrət və qəzəbimizi bildirir,
ruhani və dindarların həbs edilməsini, islami təzahürlərlə mübarizə siyasətini
pisləyir və dövlətin bu barədə siyasətlərinə yenidən baxmasını istəyirik.
3. Sionist rejimi özünün işğalıçılıq
mahiyyətinə əsasən, hər harada iştirak edibsə, orada təhlükə və gərginlik
qaynağı olmuşdur. Ona görə də region ölkələri bilməlidirlər ki, bu rejim
regionda sabitliyə, xüsusilə də Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək,
üstəlik, onun iştirakı regionun təhlükəsizlik balansının daha da mürəkkəbləşməsinə
səbəb olacaq.
4. Nəhs və məşum sionist rejimin baş
nazirinin səfəri müsəlmanlar arasında təfriqə yaratmaq məqsədilə həyata
keçirilir ki, Təl-Əvivdə Azərbaycan Respublikasının səfirliyinin yaradılması
üçün müqəddimə işləri görülsün. Biz bildiririk ki, uşaq qatili olan rejimlə
münasibətləri genişləndirmək İslam dünyasının və Azərbaycan Respublikasının müsəlman
xalqının etirazlarına səbəb olacaqdır.