header

 İran Sərhəd Qoşunlarının Komandanı ölkəmizdə səfərdə olub

İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzai Azərbaycanda səfərdə olub

Bu haqda İslamazeri.az DSX-nin rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərin­də İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nüma­yəndə heyəti ölkəmizə səfər edib.

 17 avqust 2014-cü il tarixdə Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lib.

Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəh­bərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunub.

 Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaq­malçılığa, trans­sər­həd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyət­lə­rin qarşı­sı­­nın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndiril­mə­si­nin vacibliyi vur­­ğu­lanıb. Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış ediliblər. Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.












İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzai Azərbaycanda səfərdə olub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap