header

 Sumqayıtlılar İcra Hakimiyyətindən nə istəyirlər

Hörmətli Modern.az saytı Biz sizin fəal oxucularınızıq! Baxırıq ki, bəhs etdiyiniz problemlər vaxtında öz həllini tapır. Ona görə sizdıən kömək istəyirik.

Sumqayıt sakinləriyik. 4-cü məhəllədə yaşayırıq. Şəhərin İcra Hakimiyyətindən məhləmizi 200 metr məsafə ayırır.  Bu ilin soyuq qışını çox çətinliklə keçirdik. Məhəlləmizdə yaşayan təqaüdçülər  aldıqları kiçik pensiyaları ilə otaqlarını qızdırmağa məcbur oldular. Çünki məhləmizin istilik sistemi yoxdur. 

Binaların giriş və çıxış qapıları, pəncərələri yoxdur. 25 ilə yaxındır ki, bu məhəllədə bir dəfə də olsun abadlıq işi aparılmayıb. Ancaq yazı-pozularında, hesabatlarında  belə göstəriblər ki, guya məhəllədə yaşıllaşdırma və ya  təmir işləri görüblər. Vəziyyətimiz çox gərgindir. Artıq neçə illərdir ki,  bizim məhəllənin yaşıllıq zolaqları da quruyub gedib.

Olan zolaqlara da tamet daşları düzüb, ağaclatrın inkişafına mane olurlar. Hər il olduğu kimi, bu il də bir dəfə də olsun  məhəllənin kənar yollarında olan ağaclara bir içim su verilmədi. Bəs bu şəhərin Yaşıllaşdırma və Su idarələri suyu nəyə sərf edirlər? Bir dəfə də olsun ağacların dibi bellənməyib. Bunun əvəzində məhəllə və  məhəlləyə aid yollarln qırağında  özlərinə sərf edən obyekt tikintiləri inşa edirlər. Bu ilin fevral ayında  İcra Hakimiyyətinin səlahiyyətlisi Tariyel Hacıyevin imzası ilə aldığımız yalançı vəd verən məktubu sizə də təqdim edirik.


sum

Hətta bu məktubdan sonra da  məhəlləmizin bərbadlığı ilə maraqlanan olmadı.  Bu məhəllədə heç bir avtomobil yolu yoxdur.  İnsanların min bir əziyyətlə aldıqları maşınları,  məhəllədaxili yollarda çökəklərə düşərək sıradan çıxır.  Azərbaycan Respublikasının hörmətli prezidenti cənab İlham Əliyev şəhərlərin, eləcə də Sumqayıtın abadlaşdırıması üçün  dəfələrlə bu şəhərə milyonlarla vəsait ayrır. Niyə o vəsitdən  10 minə qədər əhalisi olan 4-cü məhəlləyə çatmır? Biz də sivil Azərbaycanın sivil qanunları ilə, gözəl şəraitdə yaşamaq istəyirik. Bəlkə şikayətimizi Siz lazımi ünvanına çatdırasınız...

Sizdən kömək gözləyən, 4-cü məhəllənin sakinləri.

sum1

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap