header

 Hollandiya vətəndaşı işğalçı İsrailin medalından imtina etdi

İşğalçı İsrail rejiminin verdiyi medalı Hollandiya vətəndaşı geri qaytardı


“Ərdəbil Məhde Təşəyyo”-ın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, İsrail rejiminin təqdim etdiyi “Millətlər arasında ədalət” medalından Holandiya vətəndaşı imtina edib.

91 yaşlı Henka Zanoli ikinci dünya müharibəsi zamanı yəhudi uşağını xilas etdiyi üçün bu medala laiq görülüb. Hollandiya vətəndaşı bu medaldan imtina etməsini, işğalçı İsrail rejiminin Qəzza zolağını bombardman etməsi zamanı 6 qohumunun həlak olması ilə əlaqələndirib.

Henka Zanoli medaldan imtina etməsinin səbəbini yazdığı məktubu Haaqada yerləşən işğalçı İsrail rejiminin səfirliyinə göndərib.

Atası faşistlərin həbsxanasına sürgün olunan və bacısının əri faşistlərə qarşı apardığı mübarizəyə görə edam edilən Zanoli məktubda bunları qeyd edib: "Mən yaxınlarımın ölümündə günahkar olan rejimin verdiyi medalnan fəxr edə bilmərəm".

Qeyd edək ki, İsrail rejiminin Qəzza zolağını bombardman etməsi nəticəsində 2 mindən artıq insan həyatını itirib. Həlak olanların arasında uşaqlar və qadınlar çoxluq təşkil edir.
İşğalçı İsrail rejiminin verdiyi medalı Hollandiya vətəndaşı geri qaytardı
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:30 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap