Azərbaycanda qadın zorakılığı pik həddə çatıb
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
“Müraciət etməyənlər daha çoxdur”
“İctimai birliklər və qadın təşkilatlarının daimi apardığı təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadın müraciətlərinin sayı günü-gündən artır”.
Oxu.Az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva 2014-cü ildə Azərbaycanda qadınların məişət zorakılığına məruz qalma hallarının ötən illə müqayisəsini apararkən deyib.
Zemfira Mustafayeva heç bir kişinin insan qürurunun, ləyaqətinin təhqir olunmasını qadın qədər hiss etmədiyini, bunu qadın qədər yaşamadığını bildirib:
“Qadınlarımız daima məişət zorakılığına
məruz qalırlar. Çox təəsüflər olsun ki, zorakılıqların sayı günü-gündən
artır. Buna səbəb onların yaşam tərzi, sosial-iqtisadi vəziyyət,
psixoloji basqılar, mənəvi zərbələrdir. Məişət zorakılığı dedikdə,
məişət şəraitində bir şəxsin digər şəxsi öz nəzarəti altında saxlamaq
üçün ona zərər verməsi başa düşülür. Təkcə 2013-ci il ərzində fiziki
məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb”.
Zemfira Mustafayevanın sözlərinə görə bu rəqəm rəsmi müraciət edənlərin sayıdır:
“Müraciət etməyənlər daha çoxdur. 2014-ci
ilin ilk iki ayında isə zorakılıq halları pik həddə çatıb. Bunlardan
zorakılıq nəticəsində öldürülmə, sui-istifadə vəziyyətinə çatdırılma,
müəyyən xətərlər yetirmə, şikəst edilmə kimi halları misal göstərmək
olar. İctimai birliklər və qadın təşkilatlarının daim apardığı
təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadınların
müraciətlərinin sayının günü-gündən artdığı müşahidə olunur”.
Zemfira xanım bildirib ki, bir qadın təşkilatı olaraq məişət
zorakılığına məruz qalan xanımlara müxtəlif sosial, psixoloji, hüquqi
yardımlar göstərilir:
“Zorakılıq halları təkrar olunursa, qadınların sığınacaqda yerləşdirilməsi, qısa və uzun müddətli mühafizə orderlərinin təşkil olunması üçün icra hakimiyyətinə və məhkəməyə müraciət edirik. Təşkilatımızın nəzdində yaradılmış Qadın Krizis Mərkəzi məhz belə qadınların hüquqlarının müdafiəsi ilə məşğul olur”.